Respublikanın əksər bölgələrində may ayının birinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması daxilində,ötən ilin göstəriciləri ilə müqayisədə isə 1ºC yüksək olması ilə səciyyələnib.
 Havanın dekadalıq orta temperaturu Maştağada 15,5ºC, Naxçıvanda 16ºC, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 17-18ºC, Şəki-Zaqatalada 15-16ºC, Lənkəran-Astarada 14-17ºC, Gədəbəydə 10ºC, Quba və Dağlıq Şirvan bölgəsində 13-14ºC,Gəncədə və Goranboyda 16-18ºC,Ceyrançöldə və Tovuzda 16ºC qeydə alınıb.


  Havanın minimum temperaturu Gədəbəydə 1ºC, Dağlıq Şirvan bölgəsində  və Qubada 6-7ºC, Lənkəranda  və Gəncədə 9ºC, Tovuzda  və  Ceyrançöldə 7-8ºC, Şəki-Zaqatala bölgəsində 7-10ºC, Bərdə-Tərtər və Mərkəzi Aranda 10ºC, Maştağada  və  Cəfərxanda 12ºC  qeydə alınıb.
  Torpaq səthinin minimum temperaturu  Naxçıvanda  3ºC, Tovuzda və Ceyrançöldə 5-6ºC, Şəkidə və Zaqatalada 6-7ºC, Gəncədə 8ºC, Cəfərxanda və Göyçayda 10-11ºC  təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Quba və Dağlıq Şirvanda  14-15ºC, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda, Gəncədə 20-22ºC, Şəki-Zaqatalada 17-19ºC   müşahidə edilib.
  Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatalada  39-92 mm, Qubada 40mm, Dağlıq Şirvanda 34-50 mm,Biləsuvarda 67 mm, Gədəbəydə 30mm, Mərkəzi Aranda 39-41mm, Yardımlı və Lənkəranda 20-21 mm, Tərtərdə 14 mm qeydə alınıb.


   Nisbi rütubət Bərdə-Tərtərdə 70-71%,Dağlıq Şirvan bölgəsində 68-75%,Gəncədə  65%, Qazaxda və Tovuzda 60-77%, Lənkəran-Astara bölgəsində 75-82%, Mil-Muğanda 62-79%, Şəki-Zaqatalada 69-75%, Qubada 80%, Mərkəzi Aranda 68-77%,  Maştağada  77%, Naxçıvanda 53%  təşkil edib. 
 
  Rütubət çatışmazlığı Quba və Gədəbəydə 3hPa, Maştağada 4hPa, Lənkəran-Astarada 4-5 hPa, Dağlıq Şirvanda 4-6 hPa, Bərdə-Tərtər və Gəncədə 7 hPa, Mərkəzi Aranda 6-8 hPa, Şəki-Zaqatalada 5-7hPa, Mil-Muğanda 5-9 hPa, Qazax-Tovuzda  7-8hPa arasında dəyişib.
 
  Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı  4 gün olmaqla Goranboyda küləyin maksimum sürəti 24 m/san, Naxçıvanda 16 m/san, 2 gün olmaqla Ceyrançöldə küləyin maksimum sürəti 18 m/san, 1 gün  Balakəndə 20m/san,Sabirabadda 17 m/san, Bərdə-Tərtərdə 16 m/san, Şəkidə 15 m/san  təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
  Naxçıvan, İsmayıllı, Gəncə, Tovuz, Beyləqan, Qəbələdə payızlıq dənli bitkilərdə  sünbülləmə, Tərtər, Goranboy, Quba, Göyçay,Yardımlı, Zərdab,İmişli, Zaqatala və Oğuzda çiçəkləmə mərhələləri davam edib, Bərdə, Biləsuvar, Cəfərxan, Sabirabadda dənin süd yetişkənliyi fenoloji mərhələsi qeydə alınıb. Dənli bitkilərdə 1 m2 sahədə gövdələrin ümumi sayı Zərdab, Tərtər,Bərdə, Göyçay, Zaqatala, Şəkidə 421-705 ədəd, sünbüllü gövdələrin sayı 580-680 ədəd təşkil edib. Dənli bitkilərin bir sünbülündə sünbülçüklərin cəm sayı Şəkidə 32, inkişaf etməmiş sünbülçüklərin orta sayı 4 ədəd, Göyçayda bir sünbüldə sünbülçüklərin cəm sayı  15, inkişaf etməmiş sünbülçüklərin orta sayı 2 ədəd, Zərdabda bir sünbüldə sünbülçüklərin cəm sayı 17, inkişaf etməmiş sünbülçüklərin orta sayı 9 ədəd, Yardımlıda bir sünbüldə sünbülçüklərin cəm sayı  22, inkişaf etməmiş sünbülçüklərin orta sayı 2 ədəd qeydə alınıb. Dənin süd yetişkənliyi mərhələsində bitkilərin orta hündürlüyü  105-110 sm təşkil edib.
 Biləsuvarda pambıq bitkisində cücərmə, İmişli, Tərtər, Beyləqan,Sabirabad, Goranboyda göyərmə, Bərdədə 1-ci, Cəfərxanda 3-cü əsl yarpağın çıxması mərhələləri  müşahidə  edilib. Əksər rayonlarda ərik, alça, alma, armud, albalı, gilas,heyva kimi ağaclarda  meyvələrin böyüməsi, narda çiçəkləmə mərhələsi davam edib, Biləsuvar və İmişlidə tutda, Göyçayda alçada meyvələrin yetişməsi müşahidə edilib. Lənkəran və Zaqatalada  çay kollarında 1-ci  dərəcəli məhsuldar budaqların çıxması davam edib,Balakəndə tütün bitkisində 3-cü əsl yarpağın çıxması, Şəkidə qarğıdalıda göyərmə, Zaqatalada cücərmə, Balakəndə 3-cü yarpaq, Acınohur və Şəkidə kələmdə 3-cü yarpağın çıxması, Cəfərxan və Sabirabadda qarpız  və pomidor bitkilərində 3-cü yarpaq, Gədəbəydə kartofda göyərmə mərhələləri qeydə alınıb. Cəfərxan və  Zaqatalada yoncada  1-ci biçindən sonra otların boy atması davam edib, Acınohurda yovşan və ceyranotu bitkilərində çiçəkləmə və toxumun yetişməsi mərhələsi müşahidə edilib.
  Dekada ərzində aran rayonlarında  kultivasiya,suvarma,alaqlama kimi kənd təsərrüfatı işləri görülüb, Sabirabadda pambıqda alaq otları ilə mübarizə məqsədilə kimyəvi dərmanlama  kimi aqrotexniki  tədbirlər aparılıb.


Respublikanın əksər bölgələrində may ayının ikinci ongünlüyündə hava şəraiti qeyri-sabit və yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından və ötən ilin göstəricilərindən 1-2ºC aşağı olması ilə səciyyələnib.
 Havanın dekadalıq orta temperaturu Maştağada 16,3º C, Naxçıvanda 18º C Mil-Muğan və Mərkəzi Aranda 17-18º C, Qarabağ bölgəsində 16 ºC, Şəki-Zaqatalada 14-16º C, Lənkəran-Astarada 13-16º C, Gədəbəydə 10º C, Quba və Dağlıq Şirvan bölgəsində 12-14º C, Gəncədə və Goranboyda 16-18º C, Ceyrançöldə və Tovuzda 15-17º C qeydə alınıb.


 Havanın minimum temperaturu Gədəbəydə 3ºC, Qazaxda, Naxçıvanda 6ºC, Dağlıq Şirvan bölgəsində, Qubada 7ºC, Lənkəranda 9ºC, Gəncədə, Tovuzda və Ceyrançöldə 10ºC, Şəki-Zaqatala bölgəsində 8-11ºC, Bərdə-Tərtər bölgəsində, Maştağada, Mil-Muğanda və Mərkəzi Aranda 11-12ºC qeydə alınıb.
 Torpaq səthinin minimum temperaturu Naxçıvanda 4ºC, Tovuzda və Ceyrançöldə 6-7ºC, Gəncədə 9ºC, Şəkidə və Zaqatalada 8-10ºC, Cəfərxanda və Göyçayda 10-11ºC təşkil edib.
 Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Dağlıq Şirvanda 15ºC, Tovuzda, Şəki-Zaqatala bölgəsində 17-18ºC, Qarabağ bölgəsində və Gəncədə 19-21ºC, Mil-Muğanda və Mərkəzi Aranda 20-22 ºC müşahidə edilib.
 Yağıntının dekadalıq miqdarı Lənkəranda 103 mm, Şəki-Zaqatalada 27-102 mm, Yardımlıda 65 mm, Gədəbəydə 41mm, Mərkəzi Aranda 26-29 mm, Mil-Muğanda 19-24 mm, Dağlıq Şirvanda 23-25 mm, Gəncə-Goranboyda 20-22 mm qeydə alınıb.


 Nisbi rütubət Bərdə-Tərtərdə 77-78%, Dağlıq Şirvan bölgəsində 69-79%, Gəncədə  74%, Qazaxda və Tovuzda 63-83%, Lənkəran-Astara bölgəsində 80-82%, Mil-Muğanda 62-78%, Şəki-Zaqatalada 77-82%, Qubada 70%, Maştağada və Mərkəzi Aranda 72-73%,   Naxçıvanda 58%  təşkil edib. 
 Rütubət çatışmazlığı Lənkəran-Astarada 3-4 hPa, Gəncə, Quba və Bərdə-Tərtərdə 5 hPa, Dağlıq Şirvanda 3-6 hPa, Qazax-Tovuzda  3-7hPa,  Şəki-Zaqatalada 4-5 hPa, Mərkəzi Aran və Maştağada 6-7hPa, Mil-Muğanda 4-9 hP arasında dəyişib.
 Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı  1 gün olmaqla Maştağada  küləyin maksimum sürəti 25 m/san, İsmayıllıda 24 m/san, Tərtərdə, Naxçıvanda 18m/san, Şəkidə və Ceyrançöldə 16 m/san, Cəfərxanda 15 m/san, Goranboyda isə 2 gün küləyin maksimum sürəti 18 m/san  təşkil edib. 


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Quba,  Şamaxı, İsmayıllı, Yardımlı, Gəncə, Tovuz, Zaqatala, Qəbələdə payızlıq dənli bitkilərdə  çiçəkləmə, Goranboy,  Göyçay, Zərdab, Beyləqan, İmişli, Şəki,  Oğuzda dənin süd yetişkənliyi, Bərdə, Cəfərxan, Sabirabadda dənin mum yetişkənliyi fenoloji mərhələsi qeydə alınıb. Dənin süd yetişkənliyi mərhələsində bitkilərin orta hündürlüyü  105-110 sm təşkil edib.
 Gəncədə pambıq bitkisində cücərmə, Beyləqanda göyərmə, İmişli, Tərtər, Goranboyda 1-ci, Sabirabad və Bərdədə 3-cü, Cəfərxanda 5-ci əsl yarpağın çıxması mərhələləri  müşahidə  edilib. Bitkilərin orta hündürlüyü  14-20 sm təşkil edib. Əksər rayonlarda ərik, alça, alma, armud, albalı, gilas, heyva kimi ağaclarda meyvələrin böyüməsi, narda çiçəkləmə mərhələsi davam edib. Göyçayda tut və alçada məhsul yığımı, İmişlidə ərik və tut bitkilərində meyvələrin yetişməsi qeydə alınıb. Lənkəran və Zaqatalada çay kollarında yarpaqların 1-ci yığımı, Zaqatala və Balakəndə tütün bitkisində 5-6-cı əsl yarpağın, Şəki və Balakəndə qarğıdalıda 3-cü və 5-ci yarpağın çıxması mərhələləri müşahidə edilib.  Lənkəran və Şəkidə pomidor bitkisində yan budaqların, Acınohur və Sabirabadda hamaşçiçəklərin çıxması, Gədəbəydə kartofda göyərmə, Qubada yan budaqların çıxması mərhələləri qeydə alınıb.   Dekada ərzində sahələrdə cərgələrarası torpağın yumşaldılması, suvarma, budama, alaq otları ilə mübarizə məqsədi ilə kimyəvi dərmanlama kimi aqrotexniki tədbirlər aparılıb.


Respublikanın əksər bölgələrində may ayının üçüncü ongünlüyündə hava şəraiti qeyri-sabit və yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə 4-5ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 23ºC,Naxçıvanda 20ºC, Qarabağ bölgəsində, Mil-Muğan və Mərkəzi Aranda 25-26ºC, Şəki-Zaqatalada 20-24ºC, Lənkəran-Astarada 23-25ºC, Gədəbəydə 16ºC,Qubada 21ºC, Dağlıq Şirvan bölgəsində16-21ºC,Gəncədə və Goranboyda 24-26ºC,Ceyrançöldə və Tovuzda 23ºCqeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 8ºC, Lənkəranda 10ºC, Dağlıq Şirvan bölgəsində 7-15ºC, Qubada 11ºC, Tovuzda və Ceyrançöldə 12ºC, Şəki-Zaqatala bölgəsində 14-15ºC, Maştağada, Bərdə-Tərtər bölgəsində, Mil-Muğanda və Mərkəzi Aranda 15-16ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu İsmayıllıda 7ºC,Tovuzda və Ceyrançöldə 10-11ºC, Gəncədə Şəkidə və Zaqatalada 12-13ºC, Cəfərxanda 14ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Qubada 23ºC, Dağlıq Şirvanda 17-24ºC, Şəki-Zaqatala bölgəsində 23-25ºC, Tovuzda 24ºC, Mil-Muğanda və Mərkəzi Aranda 27-29 ºC Qarabağ bölgəsində və Gəncədə 26-27ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Gədəbəydə 65 mm, Balakəndə 48 mm, Şəkidə 33 mm,Oğuzda 27 mm, Goranboyda 22 mm, Gəncədə və Lənkəranda 10 mm qeydə alınıb.


Nisbi rütubət  Bərdə-Tərtərdə 57-70%, Dağlıq Şirvan bölgəsində 58-59%, Gəncədə 55 %, Qazaxda və Tovuzda 57-72%, Lənkəran-Astara bölgəsində 68-79%, Mil-Muğanda 55-74 %, Qubada və Mərkəzi Aranda 64%, Şəki-Zaqatalada 54-61%, Maştağada 68% təşkil edib. 
Rütubət çatışmazlığı Lənkəran-Astarada 7-8 hPa, Maştağada və Qubada 10 hPa, Dağlıq Şirvanda 11-12hPa, Qazax-Tovuzda  6-13hPa, Gəncə və Bərdə-Tərtərdə 9-15hPa,  Şəki-Zaqatalada 13-14 hPa,Mərkəzi Aran və Mil-Muğanda 10-14 hParasında dəyişib.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı  3 gün olmaqla  küləyin maksimum sürəti Gəncədə 28 m/san, Tərtərdə 20 m/san, 4 gün  Goranboyda, 2 gün Cəfərxanda, 1 gün  Zərdabda, Tovuzda, Zaqatalada küləyin maksimum sürəti 20 m/san, Gədəbəydə 18 m/san,Sabirabadda 17 m/san  təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekada ərzində Zaqatala, Qəbələ, Gəncə, Tovuz, Quba, Şamaxıda payızlıq dənli bitkilərdə dənin süd yetişkənliyi, Zərdab, İmişli, Cəfərxan, Goranboy, Tərtər, Şəki, Oğuz,Qəbələ və Balakəndə  mum yetişkənliyi, Bərdə və  Sabirabadda tam yetişkənlik fenoloji mərhələləri qeydə alınıb.
Gəncədə pambıq bitkisində göyərmə, Biləsuvarda 1-ci, Tərtər  və Goranboyda  3-cü, Bərdə, Sabirabad, Cəfərxanda 5-ci əsl yarpağın çıxması mərhələləri  müşahidə  edilib.Bitkilərin orta hündürlüyü  15-29 sm təşkil edib. Əksər rayonlarda ərik, alça, alma, armud, albalı, gilas,heyva kimi ağaclarda meyvələrin böyüməsi, narda çiçəkləmə mərhələsi davam edib. Bəzi aran rayonlarında  alça,ərik, gilas, tut bitkilərində meyvələrin yetişməsi və yığımı qeydə alınıb. Lənkəran, Şamaxı və Gəncədə  üzüm, Lənkəran-Astara bölgəsində feyxoa və naringidə çiçəkləmə, Şəki-Zaqatala bölgəsində  çay kollarında 2-ci dərəcəli məhsuldar budaqların çıxması, tütün bitkisində 6-7-ci əsl yarpağın, qarğıdalıda  5-7-ci yarpağın çıxması mərhələləri müşahidə edilib. Şəkidə pomidor bitkisində hamaşçiçəklərin çıxması, Sabirabad, Acınohur və Lənkəranda çiçəkləmə, Cəfərxanda qarpız bitkisində 3-cü yarpağın çıxması, Sabirabadda çiçəkləmə,Gədəbəydə kartofda yan budaqların çıxması mərhələləri qeydə alınıb. Tovuz və  Gəncədə yoncada yaşıl kütlənin 1-çi , Cəfərxanda 2-ci biçini müşahidə edilib.
Dekada ərzində sahələrdə cərgələrarası torpağın yumşaldılması, suvarma,budama, alaq otları ilə mübarizə məqsədi ilə kimyəvi dərmanlama kimi aqrotexniki tədbirlər aparılıb.