Respublikanın əksər bölgələrində aprel ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından əsasən 1-2ºC yüksək, ötən ilin göstəricilərindən 3-5ºC az olması ilə səciyyələnib.
 Havanın dekadalıq orta temperaturu Maştağada 10,2ºC, Naxçıvanda 12,3ºC, Qarabağ bölgəsi, Mil - Muğan və Mərkəzi Aranda 12-13ºC, Şəki - Zaqatala, Lənkəran -Astarada 9-12ºC, Qubada 8ºC, Dağlıq Şirvan bölgəsində 8 - 9ºC, Gəncədə və Goranboyda 11-13ºC, Gədəbəydə 7ºC, Ceyrançöldə və Tovuzda 11 - 12ºC qeydə alınıb.


 Havanın minimum temperaturu Gədəbəydə -3ºC, Naxçıvanda -2ºC, Qubada və Şamaxıda -1ºC, Qəbələdə və İsmayıllıda 0ºC, Şəkidə 1ºC, Zəngilanda və Cəfərxanda 2ºC, Maştağa, Lənkəran, Tovuz, Ceyrançöldə 3ºC, Gəncə - Qazaxda 4ºC, Bərdə - Tərtər və Mərkəzi Aranda 5ºC, Acınohurda 7ºC qeydə alınıb.
 Torpaq səthinin minimum temperaturu Naxçıvanda -3ºC, Qubada və Gəncədə 0ºC, Cəfərxan, Şəki, Tovuzda 1ºC, Ceyrançöldə və Zaqatalada 2ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Qarabağ bölgəsi, Mil - Muğan və Mərkəzi Aranda 15 - 16ºC, Gəncədə 15ºC, Lənkəranda 14ºC, Qubada və Dağlıq Şirvanda 9-10ºC, Naxçıvan, Tovuz, Şəki - Zaqatalada 12-13ºC müşahidə edilib.
 Yağıntının dekadalıq miqdarı Maştağada 47 mm, Şəki - Zaqatalada 27 - 44 mm, Mərkəzi Aranda 20-24 mm, Dağlıq Şirvanda 15 – 23 mm, Goranboyda 21 mm, Gədəbəydə 18 mm, Lənkəranda 16 mm, Bərdə - Tərtərdə 14 mm, Zəngilanda 10 mm qeydə alınıb. Yardımlıda 10 sm qar müşahidə edilib.


 Nisbi rütubət Zəngilanda 66%, Gəncədə və Bərdə - Tərtərdə 74%, Dağlıq Şirvan bölgəsində 72 - 81%, Qazaxda və Tovuzda 57 - 75%, Lənkəran - Astara bölgəsində 72-82%, Mil - Muğanda 66 - 82%, Şəki - Zaqatalada 70 - 81%, Qubada 72%, Mərkəzi Aranda 76-77%, Maştağada 81%, Naxçıvanda 58% təşkil edib.
 Rütubət çatışmazlığı Şəki - Zaqatalada 3-5 hPa, Qazax - Tovuzda 3 - 6 hPa, Mil-Muğanda 3 - 6 hPa, Bərdə - Tərtərdə 4 - 5 hPa, Naxçıvan 8 hPa, Gəncə və Mərkəzi Aranda 4 hPa, Quba v ə Maştağada 3 hPa, Dağlıq Şirvanda 2 - 4 hPa, Lənkəran - Astarada 3 - 4 hPa arasında dəyişib.
 Sürəti 15 m/san - dən yuxarı olan küləkli günlərin sayı 2 gün olmaqla Tərtər və Goranboyda küləyin maksimum sürəti 28 m/san, Yardımlıda 22 m/san, 1 gün olmaqla Maştağa, Bərdə, Göyçay və Gəncədə küləyin maksimum sürəti 20 m/san, Şəki və Ceyrançöldə 18 m/san, Sabirabadda 17 m/san, Gədəbəydə 16 m/san təşkil edib. Tərtərdə 1 gün toz-tufanlı külək qeydə alınıb.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

 Zərdab, Bərdə, İsmayıllı, Tovuzda payızlıq dənli bitkilərdə buğum bağlama, Biləsuvarda sünbülləmə, digər taxılçılıq rayonlarında gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələsi müşahidə edilib. Gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsində bitkilərin hündürlüyü 59-70 sm qeydə alınıb. Göyçayda dənli bitkilərin, Zərdabda 18, Biləsuvarda, inkişaf etməmiş sünbülçüklərin sayı 2, sünbüllü gövdələrin ümumi sayı 19 ədəd təşkil edib. Göyçayda 1m2 sahədə dənli bitkilərdə gövdələrin ümumi sayı 711, bir sünbüldə sünbülçüklərin sayı 13, Zərdabda gövdələrin ümumi sayı 625, bir sünbüldə sünbülçüklərin sayı 18, Şəkidə isə gövdələrin ümumi sayı 343 ədəd qeydə alınıb. Əksər rayonlarda meyvə ağaclarında 1-ci, 3-cü yarpaqların, Göyçay və Biləsuvarda tut ağaclarında 5-ci, İmişlidə 10-cu yarpaqların açılması, alma, xurma, armud ağaclarında qönçələnmə mərhələləri, Cəfərxan, Göyçay, Zərdab, Biləsuvarda alça və ərik ağaclarında meyvələrin formalaşması və böyüməsi, Zaqatalada çay kollarında tumurcuqların açılması, Lənkəranda feyxoa və naringidə tumurcuqların açılması müşahidə olunub. Gəncə, Şəki, Cəfərxan və Qəbələdə yonca bitkisində gövdələrin böyüməsi, yan budaqların çıxması, Zaqatalada hamaşçiçəklərin yaranması müşahidə olunub. Tərəvəz, qarğıdalı, günəbaxan, pambıq əkiləcək sahələrdə hazırlıq işləri görülüb, şumlama aparılıb.
 Göyçayda düşən güclü yağıntılar nəticəsində alça ağaclarının çiçəklərində zədələnmə hadisəsi qeydə alınıb və bu hadisə meyvələrin formalaşmasına mənfi təsir edib.


 Respublikanın əksər bölgələrində aprel ayının ikinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından əsasən 1-3ºC, ötən ilin göstəricilərindən 1ºC yüksək olması ilə səciyyələnib.
  Havanın dekadalıq orta temperaturu Maştağada 13,7ºC, Naxçıvanda 15ºC, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 15-16ºC, Şəki-Zaqatala 12-14ºC, Lənkəran-Astarada 13-16ºC, Gədəbəy və Qubada 10ºC,Dağlıq Şirvan bölgəsində 10-15ºC,Gəncədə və Goranboyda 14-16ºC ,Ceyrançöldə və Tovuzda13-14ºC qeydə alınıb.


  Havanın minimum temperaturu Qubada və Şamaxıda 1ºC, Gədəbəydə 2ºC, Qazax və İsmayıllıda 3ºC, Naxçıvan,Qəbələ və Şəkidə 4ºC, Lənkəran, Zəngilan, Gəncə və Zaqatalada 6ºC, Maştağa, Bərdə, Tovuz, Ceyrançöl və Acınohurda 7ºC, Mərkəzi Aran və Cəfərxanda 8ºC qeydə alınıb.
  Torpaq səthinin minimum temperaturu Naxçıvan və Gəncədə 2ºC, Tovuz və Zaqatalada 3ºC, Şəki və Ceyrançöldə 3ºC, Cəfərxanda 7ºC, Göyçayda 8ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Dağlıq Şirvanda 12ºC, Quba və Şəki-Zaqatalada 13-14ºC, Naxçıvanda 14ºC, Qarabağ bölgəsi və Gəncədə 17-18ºC, Mil-Muğan və Mərkəzi Aranda 17-19ºC müşahidə edilib.
 Yağıntının dekadalıq miqdarı Naxçıvanda 33 mm, Şəki- Zaqatalada 12-32 mm, Lənkəranda 11 mm, Qubada 8 mm qeydə alınıb.


  Nisbi rütubət Zəngilanda 57%, Bərdə-Tərtərdə 68-70%,Dağlıq Şirvan bölgəsində 65-70%, Gəncədə 65%, Qazaxda və Tovuzda 56-74%, Lənkəran-Astara bölgəsində 67-80%, Mil-Muğanda 57-75%, Şəki-Zaqatalada 67-70%,Qubada 78%, Mərkəzi Aranda 63-72%, Maştağada 72%, Naxçıvanda 61% təşkil edib.
  Rütubət çatışmazlığı Bərdə-Tərtər və Şəki-Zaqatalada 6 hPa, Lənkəran-Astara və Qazax-Tovuzda 4-7 hPa, Mil-Muğanda 6-9 hPa, Naxçıvan 8 hPa, Dağlıq Şirvan və Maştağada 5 hPa, Gəncə və Mərkəzi Aranda 6-8hPa, Quba 3 hPa arasında dəyişib.
  Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 5 gün olmaqla Goranboyda küləyin maksimum sürəti 32 m/san, 3 gün olmaqla İsmayıllıda 26 m/san, 4 gün olmaqla Tərtər və Gəncədə küləyin maksimum sürəti 24 m/san, 2 gün olmaqla Göyçayda 25 m/san, Qəbələdə 24 m/san, Şəkidə 23 m/san, Cəfərxanda 18 m/san, Biləsuvarda və Naxçıvanda 16 m/san, 1 gün olmaqla Zərdabda və Yardımlıda küləyin maksimum sürəti 24 m/san, Bərdədə 22 m/san, Beyləqanda, Zaqatalada və Balakəndə 20 m/san, Maştağada və Qazax-Tovuzda 18 m/san təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

  Biləsuvarda payızlıq dənli bitkilərdə çiçəkləmə, Bərdə, Göyçay, Sabirabad, Zərdab və Cəfərxanda sünbülləmə fenoloji mərhələsi müşahidə edilib, digər taxılçılıq rayonlarında gövdənin aşağı buğumunun yer səthinə çıxması, Qəbələ və İsmayıllıda buğumbağlama mərhələsi davam edib. Sünbülləmə mərhələsində bitkilərin hündürlüyü 77-79 sm qeydə alınıb. Biləsuvar, Goranboy, Beyləqan, Sabirabad, İmişlidə pambıq əkiləçək sahələrdə çiyidin səpini baş tutub, Cəfərxanda çiyidin cücərməsi mərhələsi müşahidə edilib.. Əksər rayonlarda ərik, alça, albalı, gilas kimi ağaclarda meyvələrin böyüməsi, tutda 5-ci və 10-cu, Zaqatalada çay kollarında ilk yarpaqların açılması mərhələsi qeydə alınıb. Gəncədə çiyid, Şəkidə qarğıdalı əkiləçək sahələrdə şumlama işləri aparılıb. Hava şəraiti tərəvəz və bostan bitkilərinin əkini üçün əlverişli olub, Cəfərxan və Sabirabadda qarpız, Acınohurda pomidor ştillərinin torpağa basdırılması qeydə alınıb, Cəfərxan və Zaqatalada yonca bitkisində yaşıl kütlənin 1-ci biçini müşahidə edilib.


  Respublikanın əksər bölgələrində aprel ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması ilə müqayisədə əsasən 3-4ºC yüksək olması ilə səciyyələnib.
  Havanın dekadalıq orta temperaturu Maştağada 17,3ºC, Naxçıvanda 16,7ºC, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 19-20ºC, Şəki-Zaqatalada 15-18ºC, Lənkəran-Astarada 17-19ºC, Gədəbəydə 12ºC, Quba və Dağlıq Şirvan bölgəsində 15-16ºC, Gəncədə və Goranboyda 18-20ºC ,Ceyrançöldə və Tovuzda 17ºC qeydə alınıb.


    Havanın minimum temperaturu İsmayıllıda və Gədəbəydə 5ºC, Qubada, Lənkəranda, Ceyrançöldə və Acınohurda 9ºC, Cəfərxanda, Şamaxıda, Gəncədə, Tovuzda və Şəki-Zaqatala bölgəsində 10ºC, Zəngilanda, Maştağada, Bərdədə, Zərdabda 11ºC qeydə alınıb.
 Torpaq səthinin minimum temperaturu Zaqatalada 4ºC, Tovuzda və Ceyrançöldə 6ºC, Şəkidə 7ºC, Gəncədə 8ºC, Cəfərxanda 10ºC, Göyçayda 11ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Quba və Dağlıq Şirvanda 16-17ºC, Tovuzda 19ºC, Gəncədə və Qarabağ bölgəsində 21-22ºC, Zərdabda 23 ºC, Mil-Muğanda 21-24ºC, Şəki-Zaqatalada 18-20ºC müşahidə edilib.
 Yağıntının dekadalıq miqdarı Şəki - Zaqatalada 6-35 mm, Qazax - Tovuzda 12-24 mm, Dağlıq Şirvanda 10 - 13 mm, Gəncə - Goranboyda 10-15 mm, Mil - Muğanda 7-10 mm, Lənkəranda 9 mm, Zəngilan və Tərtərdə 6 - 7 mm qeydə alınıb. Şəki, Zaqatala, Oğuz, Goranboy, Gədəbəy, Tərtər, Lənkəran bölgələrinin bəzi ərazilərinə aprelin 30-u tarixində dolu düşüb.


  Nisbi rütubət Zəngilanda 60%, Bərdə-Tərtərdə 65-70%,Dağlıq Şirvan bölgəsində 64-66%, Gəncədə 64%, Qazaxda və Tovuzda 53-72%, Lənkəran-Astara bölgəsində 66-85%, Mil-Muğanda 59-75%, Şəki-Zaqatalada 61-68%,Qubada 76%, Mərkəzi Aranda 66-76%, Maştağada 75%, Naxçıvanda 59% təşkil edib.
  Rütubət çatışmazlığı Qubada 5 hPa, Bərdə-Tərtər və Şəki-Zaqatalada 7-9 hPa, Lənkəran-Astarada 3-7 hPa, Qazax-Tovuzda 4-10 hPa, Dağlıq Şirvan və Mil-Muğanda 7-8 hPa, Gəncə və Naxçıvanda 9 hPa, Maştağada 6 hPa, Mərkəzi Aranda 6-9 hPa arasında dəyişib.
 Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 3 gün olmaqla Goranboyda küləyin maksimum sürəti 22 m/san, Naxçıvanda 20 m/san, 2 gün olmaqla Şəkidə küləyin maksimum sürəti 20 m/san, 1 gün Göyçayda 24 m/san, Tərtər və Gəncədə 18 m/san, Beyləqanda 16 m/san, Qubada 15 m/san təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

  İsmayıllı, Şamaxı və Qəbələdə payızlıq dənli bitkilərdə gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi davam edib, Zərdab, Tərtər,Goranboy,Gəncə,Yardımlı, Şəki, Zaqatala və Oğuzda sünbülləmə, Cəfərxan, Beyləqan, Sabirabad, Göyçay, Bərdədə çiçəkləmə, Biləsuvarda buğda, Sabirabadda arpa bitkilərində dənin süd yetişkənliyi fenoloji mərhələləri müşahidə edilib. Dənli bitkilərdə 1 m2 sahədə gövdələrin ümumi sayı Zərdab, Tərtər, Bərdə, Göyçay, Zaqatala, Şəkidə 421-705 ədəd, sünbüllü gövdələrin sayı 580-680 ədəd təşkil edib. Dənli bitkilərin bir sünbülündə sünbülçüklərin cəm sayı Şəkidə 32, inkişaf etməmiş sünbülçüklərin orta sayı 4 ədəd, Göyçayda bir sünbüldə sünbülçüklərin cəm sayı 15, inkişaf etməmiş sünbülçüklərin orta sayı 2 ədəd, Zərdabda bir sünbüldə sünbülçüklərin cəm sayı 17, inkişaf etməmiş sünbülçüklərin orta sayı 9 ədəd, Yardımlıda bir sünbüldə sünbülçüklərin cəm sayı 22, inkişaf etməmiş sünbülçüklərin orta sayı 2 ədəd qeydə alınıb. Çiçəkləmə mərhələsində bitkilərin orta hündürlüyü 100-104 sm təşkil edib.
  Beyləqan, Tərtər, Gəncədə pambıq əkiləcək sahələrdə çiyid səpini davam edib, Bərdə, Sabirabad, Goranboyda çiyidin cücərməsi, Cəfərxanda göyərmə, ilk yarpaqların açılması mərhələləri müşahidə edilib. Əksər rayonlarda ərik, alça, albalı, gilas,heyva kimi ağaclarda meyvələrin böyüməsi, narda qönçələnmə, tutda 5-ci və 10-cu yarpaqların çıxması mərhələsi davam edib. Lənkəranın müşahidə məlumatlarına əsasən naringidə çiçəkləmə, feyxoada qönçələnmə mərhələsi, Zaqatalada çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların çıxması qeydə alınıb. Hava şəraiti bostan və tərəvəz bitkilərinin əkini üçün əlverişli olub. Cəfərxan və Sabirabadda qarpız bitkisində göyərmə, Lənkəranda pomidor, Acınohurda kələm şitillərinin torpağa basdırılması, Sabirabadda pomidorda göyərmə, Acınohurda yan budaqların çıxması, Qubada kartof bitkisində göyərmə mərhələsi qeydə alınıb. Şəki, Balakən və Zaqatalada qarğıdalının səpini aparılıb. Cəfərxanda yonca bitkisində 1-ci biçindən sonra otların boy atması, Zaqatalada yaşıl kütlənin 1-ci biçini davam edib.
  Aprel ayının sonunda Şəki, Zaqatala, Oğuz, Goranboy, Gədəbəy, Tərtər, Lənkəran bölgələrinin bəzi ərazilərinə dolu düşməsi nəticəsində bir sıra kənd təsərrüfatı sahələrinə ciddi zərər dəyib.