Mart ayının 1-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində mart ayının birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 3-5ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 8ºC, Lənkəran-Astara, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 10-11ºC, Gəncə-Goranboyda 10-12ºC, Şəki-Zaqatalada 8-10ºC, Gədəbəydə 6ºC, Ceyrançöl-Tovuzda 8-9ºC, Quba və Dağlıq Şirvan bölgəsində 6-7ºC, Naxçıvanda 10ºC qeydə alınıb.
Havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə -2ºC, İsmayıllıda -1ºC, Qubada -0.2ºC, Cəfərxan və Lənkəranda 0ºC, Maştağa, Bərdə, Zərdab, Tovuz, Ceyrançöl, Qəbələ və Zaqatalada 2ºC, Zəngilan, Şəki və Gəncədə 3ºC, Acınohurda 4ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda -3ºC, Zaqatala və Gəncədə -2ºC, Tovuzda -1ºC, Cəfərxan və Şəkidə 0 ºC, Ceyrançöldə 1ºC, Göyçayda 4 ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Balakəndə 28 mm, Naxçıvan və Zaqatalada 14 mm, Lənkaranda 13 mm, Zəngilanda 7 mm, Qubada 6 mm qeydə alınıb.
Nisbi rütubət Zəngilanda 65%, Bərdə-Tərtərdə 68-70%, Dağlıq Şirvan bölgəsində 72-75%, Gəncədə 68%, Qazax-Tovuz bölgəsində 59-76%, Lənkəran-Astara bölgəsində 62-84%, Mil-Muğanda 61-74%, Şəki-Zaqatalada 67-76%, Qubada 76%, Mərkəzi Aranda 70-73%, Maştağada 81% təşkil edib. Havanın nisbi rütübətinin minimum həddinin 30% və ondan az olan günlərin sayı Naxçıvanda 5, Oğuzda 3, Zaqatala və Beyləqanda 2, Cəfərxan, Quba və Şəkidə 1 gün qeydə alınıb.
Rütubət çatışmazlığı Mil-Muğanda 4-6hPa, Bərdə-Tərtər və Gəncədə 5 hPa, Şəki-Zaqatala, Dağlıq Şirvan, Quba və Mərkəzi Aranda 3-4 hPa, Lənkəran-Astarada 3-7 hPa, Maştağada 2 hPa, Qazax-Tovuzda 3-5 hPa arasında dəyişib.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 3 gün olmaqla Yardımlıda küləyin maksimum sürəti 40 m/san, 4 gün Tərtərdə 38 m/san, 2 gün Bərdədə küləyin maksimum sürəti 35 m/san, 6 gün Goranboyda küləyin maksimum sürəti 30 m/san, 1 gün Quba, Zərdab və Göyçayda 24 m/san, Lənkəranda 21m/san,Beyləqanda 20 m/san, 2 gün Gədəbəydə 24 m/san, Gəncədə 20 m/san təşkil edib, Naxçıvan, Tərtər və Bərdədə 1 gün toz-tufanlı külək qeydə alınıb.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Cəfərxan və İmişlidə payızlıq dənli bitkilərdə buğum bağlama mərhələsi, Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması, Şəki, Oğuz, Qubada və digər taxılçılıq rayonlarında isə kollanma fenoloji mərhələsi qeydə alınıb. Tərtər, Bərdə və Goranboyda 1m2 sahədə gövdələrin ümumi sayı 449-483 ədəd, Tərtərdə birkilərdə kollanma dərəcəsi 3,6%, Bərdə və Goranboyda 3,9%, Şəkidə 2,4-2,5% təşkil edib. Əksər aran və dağətəyi rayonlarda alma, fındıq, ərik, albalı,əncir, tut kimi ağaclarda tumurcuqların şişməsi və açılması, Zərdabda isə alça bitkisində çiçəkləmə mərhələsi qeydə alınıb. Ötən ilin mart ayının 1-ci dekadası ilə müqayisədə payızlıq dənli bitkilərdə və meyvə ağaclarında inkişaf 6-10 gün gecikib.

Mart ayının 2-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində mart ayının ikinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu bəzi günlərdə çoxillik iqlim normasından 7-8ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 9-10ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağa, Quba və Dağlıq Şirvan bölgəsində 11ºC, Lənkəran-Astarada 11-12ºC, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 13-15ºC, Şəki-Zaqatalada 12-15ºC, Gədəbəydə 8ºC,Ceyrançöl-Tovuzda 12-13ºC qeydə alınıb.
Havanın minimum temperaturu İsmayıllıda 1ºC, Qubada 2ºC, Gədəbəydə 3ºC, Maştağa və Cəfərxanda 4ºC, Zərdab, Şamaxı, Lənkəran və Gəncədə 5ºC, Göyçay, Tovuz və Ceyrançöldə 6ºC,Şəki- Zaqatalada 7-8ºC, Zəngilanda 7ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Cəfərxan, Şəki və Zaqatalada 2ºC, Gəncə və Tovuzda 3ºC, Göyçay və Ceyrançöldə 4ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Gəncədə 15ºC,Beyləqan və Cəfərxanda 14ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Qəbələdə 27 mm, Oğuzda 21 mm, Zəngilanda 18 mm, Şəkidə13 mm, Gədəbəydə 14 mm, Balakəndə 9 mm, Zaqatalada 8 mm qeydə alınıb.
Nisbi rütubət Zəngilanda 72%, Bərdə-Tərtərdə 68-70%,Dağlıq Şirvan bölgəsində 65-75%, Gəncədə 65%, Qazax-Tovuz bölgəsində 55-72%, Lənkəran-Astara bölgəsində 64-81%, Mil-Muğanda 61-75%, Şəki-Zaqatalada 64-71%, Qubada 67%, Mərkəzi Aranda 66-70%, Maştağada 79% təşkil edib. Havanın nisbi rütübətinin minimum həddinin 30% və ondan az olan günlərin sayı Quba, Göyçay, Sabirabad, Cəfərxan, İmişli və Oğuzda 3, Beyləqanda 2, Şamaxı, Zaqatala və Şəkidə 1 gün qeydə alınıb.
Rütubət çatışmazlığı Şəki-Zaqatala və Mil-Muğanda 5-8 hPa, Bərdə-Tərtərdə 6 hP, Gəncədə 7 hPa, Quba və Dağlıq Şirvan 4-5 hPa, Mərkəzi Aranda 6-7 hPa,Lənkəran-Astarada 3-6 hPa, Maştağada 3 hPa,Qazax-Tovuzda 3-7 hPa arasında dəyişib.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 2 gün olmaqla Goranboyda küləyin maksimum sürəti 26 m/san, Tərtərdə 16 m/san, 1 gün Maştağada küləyin maksimum sürəti 25 m/san, Gəncədə 20 m/san təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Qəbələ və Şamaxıda payızlıq dənli bitkilərdə 3-cü yarpağın çıxması, İsmayıllı, Gəncə,Tovuz, Zərdab və Şəkidə kollanma, Beyləqan və Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması, digər taxılçılıq rayonlarında isə buğum bağlama fenoloji mərhələsi qeydə alınıb. Buğum bağlama mərhələsində bitkilərin hündürlüyü 25-38 sm təşkil edib. Əksər aran və dağətəyi rayonlarda alma, fındıq, ərik, albalı,əncir, tut kimi ağaclarda tumurcuqların şişməsi, açılması və ilk yarpaqların açılması, Cəfərxan, Zərdab,Tərtər, Acınohur və Biləsuvarda isə ərik və alça bitkilərində çiçəkləmə mərhələsi müşahidə edilib. Qubada sahələrdə kartof bitkisinin səpini qeydə alınıb. Cəfərxan, Şəki, Zaqatala və Qəbələdə yonca bitkisində gövdənin böyüməsi,yan budaqların çıxması, Gəncə və Tovuzda göyərmə mərhələsi, Ceyrançöldə isə otlaq bitkilərində yaz vegetasiyasının başlanması müşahidə edilib.

Mart ayının 3-cü dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində mart ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 5-6ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 6-8ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağa 12ºC, Naxçıvan 13ºC, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 14-15ºC, Şəki-Zaqatala və Lənkəran-Astarada 12-14ºC, Quba və Dağlıq Şirvan bölgəsində 10-11ºC, Gəncə-Goranboy 14ºC, Gədəbəydə 8ºC, Ceyrançöl-Tovuzda 11-13ºC qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəydə -2ºC, Quba və Şamaxıda 1ºC, İsmayıllıda 2ºC, Maştağa, Şəki- Zaqatala, Zəngilan,Tovuz, Qazax və Gəncədə 3ºC, Naxçıvan və Ceyrançöldə 4ºC, Lənkəran və Cəfərxanda 5ºC,Bərdə, Zərdab və Acınohurda 6ºC, Göyçayda 7ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda 1ºC, Gəncə və Tovuzda 2ºC, Cəfərxan, Şəki və Ceyrançöldə 3ºC, Zaqatalada 4ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Naxçıvanda 12ºC, Beyləqan və Gəncədə 16ºC, Cəfərxanda 17ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Lənkəranda 41 mm, Zəngilanda 16 mm, Yardımlıda 15mm, Gədəbəy və Balakəndə 12 mm, Zaqatalada 8 mm, Maştağa və Lənkəranda 6 mm qeydə alınıb.
Nisbi rütubət Zəngilanda 68%, Bərdə-Tərtərdə 64-71%,Dağlıq Şirvan bölgəsində 61%, Gəncədə 60%, Qazax-Tovuz bölgəsində 56-75%, Lənkəran-Astara bölgəsində 64-75%, Mil-Muğanda 55-70%, Şəki-Zaqatalada 55-64%, Qubada 68%, Mərkəzi Aranda 58-64%, Maştağada 76%, Naxçvanda 62% təşkil edib. Havanın nisbi rütübətinin minimum həddinin 30% və ondan az olan günlərin sayı Beyləqanda 4, Naxçıvan, Balakən və Zaqatalada 3, Göyçay, Yardımlı, Qəbələ və Oğuzda 2,Sabirabad, Cəfərxan və Şamaxıda 1 gün qeydə alınıb.
Rütubət çatışmazlığı Şəki-Zaqatalada 5-8 hP, Qazax-Tovuzda 3-7 hPa, Mil-Muğanda 6-9 hPa, Bərdə-Tərtərdə 5-7 hP, Naxçıvan və Gəncədə 7 hPa, Quba və Dağlıq Şirvan 5-6 hPa, Mərkəzi Aranda 7-8 hPa,Lənkəran-Astarada 5-6 hPa, Maştağada 4 hPa arasında dəyişib.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün olmaqla Goranboyda küləyin maksimum sürəti 35 m/san, 3 gün olmaqla Tərtərdə, 2 gün Bərdədə küləyin maksimum sürəti 28 m/san, Gəncədə 24 m/san, Naxçıvanda 16 m/san, 2 gün Yardımlıda küləyin maksimum sürəti 20 m/san, Maştağada 18 m/san, 1 gün Zərdab və Göyçayda küləyin maksimum sürəti 20 m/san, Tovuz və Ceyrançöldə 18 m/san təşkil edib. Naxçıvan,Ceyrançöl, Tərtər və Bərdədə 1 gün toz-tufanlı külək qeydə alınıb.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Naxçıvan və Şamaxıda payızlıq dənli bitkilərdə buğum köklərin yaranması, İsmayıllı və Qəbələdə kollanma, Quba, Oğuz, Beyləqan,Cəfərxan, Sabirabad və Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması, digər taxılçılıq rayonlarında isə buğum bağlama fenoloji mərhələsi müşahidə edilib. Buğum bağlama mərhələsində bitkilərin hündürlüyü 31-42 sm, gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsində 38-59 sm təşkil edib. Cəfərxanda ölçü sahəsinin bir vahidində bitkilərdə gövdələrin ümumi sayı 1734-1950 ədəd qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda alma, fındıq, ərik, albalı,əncir, tut kimi ağaclarda 1-ci və 3-cü yarpaqların açılması, ərik,albalı, gilas və alça bitkilərində çiçəkləmə, çiçəkləmənin sonu,Lənkəran və Gəncədə üzüm kollarında şirə dövranının başlanması və gözcüklərin açılması, Lənkəranda çay kollarında 1-ci yarpağın çıxması mərhələsi müşahidə edilib. Cəfərxan,Gəncə, Şəki və Qəbələdə yonca bitkisində gövdənin böyüməsi,yan budaqların çıxması, Zaqatalada hamaşçiçəklərin yaranması, Acınohur və Ceyrançöldə isə otlaq bitkilərində yaz vegetasiyasının başlanması davam edib.