Noyabr ayı üçün aqrometeoroloji icmal
Respublikanın əksər bölgələrində noyabr ayı ərzində nisbətən yağıntılı hava şəraiti, birinci ongünlükdə havanın orta temperaturunun çoxillik iqlim normasından 1ºC aşağı , ikinci ongünlüyündə 2-3ºC, üçüncü ongünlüyündə isə 3-4 ºC yüksək olması ilə səciyyələnib.
Cəfərxanda və Beyləqanda pambıq bitkisində vegetasiyanın dayanması müşahidə edilib. Dekadanın əvvəllərində Bərdə, Zərdab və Beyləqandadənli bitkilərin səpini baş tutub. Bərdə, Tərtər, Beyləqanda səpilmiş taxıl bitkilərinin cücərməsi, Zərdab, İmişli, Cəfərxan, Gəncə, Goranboy, Zaqatalada göyərmə, Yardımlı və İsmayıllıda 3-cü yarpağın çıxması, Sabirabadda isə arpa bitkisində buğum köklərinin yaranması fenoloji mərhələsi qeydə alınıb. Bitkinin hündürlüyü 7-12 sm arasında dəyişir. Qubada buğdada toxumların xəstəliklər və ziyanvericilərlə mübarizə aparmaqdan ötrü zəhərli kimyəvi maddələrlə dərmanlama aqrotexniki işlər görülüb.
Lənkəran-Astara bölgəsində çay kollarında toxumların yetişməsi, heyva, nar,alma, armud, xurma bağlarında məhsul yığımı davam edib,ağaclarda payız saralması və xəzan müşahidə edilib.