İyun ayı üçün aqrometeoroloji icmal
Ay ərzində Tərtər, Gəncə, Tovuz, Zaqatala və İmişlidə payızlıq dənli bitkilərdə mum yetişkənliyi, Goranboy, Göyçay, Beyləqan, Sabirabad Cəfərxan Yardımlı, İsmayıllı və Naxçıvanda tam yetişkənliyi mərhələsi qeydə alınmışdır. Mum yetişkənliyi mərhələsində Zərdabda bir sünbüldə sünbülcüklərin cəm sayı 16 ədəd, inkişaf etməmiş sünbülcüklərin sayı 2, Yardımlıda bir sünbüldə sünbülcüklərin cəm sayı 34 ədəd, inkişaf etməmiş sünbülcüklərin sayı 2, Göyçayda bir sünbüldə sünbülcüklərin cəm sayı 15 ədəd, inkişaf etməmiş sünbülcüklərin sayı 2 , Şamaxıda bir sünbüldə sünbülcüklərin cəm sayı 16 ədəd, inkişaf etməmiş sünbülcüklərin sayı 3, 1m2 sahədə gövdələrin ümumi sayı 591-617, sünbüllü gövdələrin ümumi sayı 562-605 ədəd təşkil etmişdir.
Dekada ərzində Bərdə və Gəncədə pambıq bitkisində 3-cü , Tərtər, Goranboyda , Bərdə, Sabirabad, Cəfərxanda 5-ci və 8-ci əsl yarpağların çıxması, İmişlidə və Beyləqanda qönçələnmə fenoloji mərhələləri müşahidə edilmiş, birinci ongünlükdə yağıntısız hava şəraiti bitkilərdə əlavə suvarmaya ehtiyac yaratmışdır. Goranboyda ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 1488, Cəfərxanda 1200 ədəd qeydə alınmışdır.
Əksər aran və dağətəyi rayonlarda gilas, albalı, ərik, şaftalı, gavalı, alma, armud, heyva və digər meyvə ağaclarında meyvələrin böyüməsi, nar, xurma, fındıq, qoz ağaclarında çiçəkləmə mərhələsi, Zaqatalada isə çay kollarında yarpaqların 2-ci yığımı davam etmiş, Şəkidə qarğıdalı bitkisində 13-cü, Balakəndə 15-ci əsl yarpağın çıxması mərhələsi qeydə alınmışdır. Biləsuvar, Zaqatala, Oğuz, Göyçay, İmişlidə tutun yığmı, Cəfərxan və Sabirabadda qarpız bitkisində qönçələmə və çiçəkləmə, Quba, Acınohur və Şəkidə pomidor bitkisində yaşıl, Lənkəran və Sabirabadda narıncı yetişkənlik, Qubada kartof bitkisində çiçəkləmə mərhələləri müşahidə edilmişdir. Lənkəran-Astara bölgəsində naringi, feyxoa bitkilərində yay durğunluğu dövrünün başlanması qeydə alınmışdır. Şəki və Tovuzda yonca bitkisində 1-ci biçindən sonra hamaşçiçəklərin çıxması, Gəncədə yaşıl kütlənin ikinci biçini, Cəfərxanda isə 2-ci biçindən sonra otların boy atması, Acınohurda otlaq bitkilərinin yığımı müşahidə edilmişdir.
Respublikanın əksər bölgələrində iyun ayı havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın və yağıntılı hava şəraiti ilə səciyyələnmişdir ki, bu da kənd təsərrüfatı bitkiləri üçün əlverişli olmuşdur.