Respublikanın əksər bölgələrində mart ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 2-4°C yüksək, nisbətən yağıntılı və qeyri sabit hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 7.3ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 9-10⁰C, Lənkəran-Astara bölgəsində 9-10ºC, Quba-Xaçmazda 3-7ºC, Şəki-Zaqatalada 6-8⁰C, Dağlıq Şirvan bölgəsində 4-6ºC, Gəncə və Goranboyda 8ºC, Qazax-Tovuzda 2-7⁰C, Qarabağ bölgəsində 8-9ºC, Naxçıvanda 7,7ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Maştağa və Astarada 4ºC, Lənkəran və Acınohurda 3ºC, Beyləqanda 2ºC, Bərdə və Göyçayda 1ºC, Şəki və Tovuzda -1ºC, Dağlıq Şirvan zonasında -2_-4⁰C qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Maştağada 1ºC, Cəfərxan və Ceyrançöldə -2ºC, Şəki-Zaqatalada -3_-4⁰C, Mərəzədə -4ºC, Tovuzda -5ºC, Naxçıvanda -6ºC, Gəncədə -7ºC qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatalada 19-42mm, Quba-Xaçmazda 18-25 mm, Lənkəran-Astarada 19-24mm, Dağlıq Şirvan bölgəsində 9-15mm, Qazax-Tovuz bölgəsində 9-11mm, Maştağada 6mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 74-80%, Gəncə-Daşkəsəndə 60%, Qazax-Tovuz bölgəsində 59-74%, Qarabağda 69-73%, Naxçıvanda 60%, Maştağada 79%, , Lənkəran-Astara bölgəsində 77-80%, Mil-Muğanda 65-73%, Şəki-Zaqatalada 61-73%, Quba-Xaçmaz bölgəsində 83-87%, Mərkəzi Aranda 66-67% təşkil etmişdir.
Rütubət çatışmazlığı Maştağa, Dağlıq Şirvan, İmişli, Gədəbəy, Quba-Xaçmaz bölgələrində 2 hPa, Mil-Muğanda 2-4 hPa, Şəki-Zaqatala, Qazax-Tovuz və Lənkəran- Astarada 3-4 hPa, Mərkəzi Aranda 4-5 hPa, Qarabağda 4 hPa, Gəncə-Daşkəsən bölgəsində və Naxçıvan HMS-da 5 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 1 gün küləyin maksimum sürəti Balakəndə 24 m/san, Astarada 22 m/san, Yardımlı və Ceyrançöldə 20 m/san , Oğuz , Zərdab və Naxçıvanda 18 m/san, Xaçmazda 17 m/san, Maştağa, Biləsuvar və Tərtərdə 16 m/san, Qubada 15 m/san, 2 gün küləyin maksimum sürəti Mərəzədə 30 m/san, Cəfərxanda 24 m/san, Sabirabadda 20 m/san, 3 gün küləyin maksimum sürəti Göyçayda 28 m/san, İsmayıllıda 26 m/san, Gəncə və Qəbələdə 24 m/san, Şamaxı və Bərdədə 20 m/san, Gədəbəydə 16 m/san qeydə alınmışdır. 4 gün küləyin maksimum sürəti Tovuzda 25 m/san, Şəkidə 20 m/san, 5 gün küləyin maksimum sürəti Goranboyda 32 m/san və 6 gün Tərtərdə 20 m/san qeydə alınmışdır.


 Əksər aran rayonlarında və bəzi dağətəyi ərazilərdə payızlıq buğdanın buğum köklərinin yaranması və kollanma mərhələsi, Sabirabadda gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhəsi davam etmiş, Cəfərxanda buğumbağlama mərhələsi qeydə alınmış, bitkilərin boyu 32-35 sm təşkil etmişdir. Kollanma mərhələsində bitkilərdə kollanma dərəcəsi Şəkidə 2.1-2.3%, Biləsuvarda 1.9% olmuşdur. Şəki, Zaqatala, Qəbələ, Quba, Xaçmaz, Beyləqan, Biləsuvarda fındıq, alma, heyva, tut, gavalı, armud bitkilərində tumurcuqların şişməsi, Tərtər, Göyçay, Zərdabda alça və ərik ağaclarında çiçəklənmə mərhələsi müşahidə edilmişdir.

Respublikanın əksər bölgələrində mart ayının ikinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 1-6°C aşağı, yağıntılı və qeyri sabit hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 4,2ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 5,1-5,4⁰C, Lənkəran-Astara bölgəsində 0,6-6,4ºC, Quba-Xaçmazda -1,4-2,4ºC, Şəki-Zaqatalada 1-3⁰C, Dağlıq Şirvan bölgəsində -0,7_-1,1ºC, Gəncə-Daşkəsəndə 3,6-4,9ºC, Qazax-Tovuzda -4,2-2,7⁰C, Qarabağ bölgəsində 3,5-4,8ºC ,Naxçıvanda 3,5ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Gədəbəydə -10ºC, Naxçıvanda -6ºC, Qubada -5ºC, Dağlıq Şirvanda -4ºC, Göytəpədə -3ºC, Tovuz, Ceyrançöl, Şəki və Qəbələdə -2ºC, Zaqatala -1ºC, Lənkəranda 0ºC, Maştağa, Bərdə, Gəncə və Astarada 1 ºC, Zərdab, Cəfərxan, Göyçay və Acınohurda 2-3 ºC alınmışdır.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda -9ºC, Ceyrançöl və Mərəzədə -5ºC, Tovuzda -3ºC, Gəncə və Cəfərxan -2 ºC, Şəki-Zaqatalada -1⁰C, Maştağa və Göyçayda 1ºC, qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Lənkəranda 226 mm, Göytəpədə 194 mm, Astarada 161 mm Şəki-Zaqatalada 63-90mm, Quba-Xaçmazda 35-39mm, Dağlıq Şirvan bölgəsində 30-41 mm, Qazax-Tovuz bölgəsində 33-39 mm, Maştağada 34mm, Qarabağda 25-36 mm qeydə alınmışdır. Həmçinin Yardımlıda 25sm və Qubada 10 sm hündürlüyündə qar örtüyü müşahidə edilmişdir.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 88%, Gəncə-Daşkəsəndə 73%, Qazax-Tovuz bölgəsində 67-89%, Qarabağda 83-85%, Naxçıvanda 62%, Maştağada 83%, Lənkəran-Astara bölgəsində 81-92%, Mil-Muğanda 71-87%, Şəki-Zaqatalada 52-85%, Quba-Xaçmaz bölgəsində 83-91%, Mərkəzi Aranda 80-83% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan, Lənkəran- Astarada və Quba-Xaçmaz bölgələrində 1 hPa, Şəki-Zaqatala, Qazax-Tovuz və Qarabağda 1-2 hPa, Mərkəzi Aranda, Gəncə-Daşkəsən bölgəsində və Maştağada 2 hPa, Mil-Muğanda 2-3 hPa və Naxçıvan HMS-da 4hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün küləyin maksimum sürəti Gəncədə 28 m/san, 7 gün küləyin maksimum sürəti Goranboyda 26 m/san, 3 gün küləyin maksimum sürəti Tovuzda 24 m/san, 1 gün küləyin maksimum sürəti Şamaxıda 23 m/san, 2-5 gün küləyin maksimum sürəti Maştağa, Naxçıvan, Sabirabad və Şəkidə 20 m/san, 2 gün küləyin maksimum sürəti Cəfərxanda 19 m/san, 4 gün küləyin maksimum sürəti Tərtərdə 18m/san qeydə alınmışdır.


Payızlıq buğdada
Gəncədə buğumköklərinin yaranması mərhələsi, Sabirabad və Cəfərxanda gövdənin aşağı buğumunun yer səthinə çıxması, Goranboy, Quba, Zərdab, Beyləqan və İmişlidə buğumbağlama mərhələsi qeydə alınmışdır. Qəbələ, Oğuz, Zaqatala, Şəki və Yardımlıda havanın soyuq keçməsi ilə əlaqədar buğdada vegetasiyanın dayanması baş vermişdir. Sabirabad və Cəfərxanda kənd təsərrüfatı və aqrotexniki işlər aparılmış və azot gübrəsi verilmişdir. Gəncə, Tovuz, Beyləqan, Cəfərxan və İmişlidə heyva, fındıq, qoz, alma, tut, gilas, armud bitkilərində tumurcuqların şişməsi mərhələsi davam etmiş, Göyçayda əncir bitkisində tumurcuqların açılması müşahidə edilmişdir. Gəncə və Tovuzda yonca bitkisində göyərmə, Şəki və Qəbələdə isə birinci biçindən sonra toxumun yetişməsi mərhələsi qeydə alınmışdır. Göytəpədə kartof bitkisində şaxtavurma müşahidə edilmişdir.

Respublikanın əksər bölgələrində mart ayının üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 1-3°C aşağı, az yağıntılı və qeyri sabit hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 7,0ºC, Mərkəzi Aran , Mil-Muğan və Qarabağ bölgələrində 7-8⁰C, Lənkəran-Astara bölgəsində 3-7ºC, Quba-Xaçmazda 3-5ºC, Şəki-Zaqatalada 4-6⁰C, Dağlıq Şirvan bölgəsində 2-4 ºC, Gəncə-Daşkəsəndə 6-8ºC, Qazax-Tovuzda -0,2-5⁰C, Naxçıvanda 5,4ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Gədəbəy və Qubada -7ºC, Naxçıvanda -6ºC, Dağlıq Şirvanda -2_-5ºC, Gəncə, Ceyrançöl, Şəki və Qəbələdə -3ºC, Tovuz və Zaqatala -2ºC, Lənkəran və Astarada 1ºC, Maştağada 2ºC, qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda -9ºC, Gəncədə -7ºC, Qazax-Tovuz və Dağlıq Şirvanda -5ºC, Cəfərxanda -3ºC , Şəki-Zaqatala və Göyçayda -1_-2⁰C, Maştağada 0ºC qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Astarada 38 mm, Lənkəranda 26 mm, Yardımlıda 25 mm, Qəbələ və Oğuzda 13 mm, Qubada 10 mm, Balakəndə 9 mm, Şamaxı və Gədəbəydə 8 mm, Maştağada 3 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 73-85%, Gəncə-Daşkəsəndə 55%, Qazax-Tovuz bölgəsində 60-82%, Qarabağda 67-73%, Naxçıvanda 59%, Maştağada 73%, Lənkəran-Astara bölgəsində 68-82%, Mil-Muğanda 62-72%, Şəki-Zaqatalada 60-72%, Quba-Xaçmaz bölgəsində 69-75%, Mərkəzi Aranda 66-68% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan 2-3 hPa, Lənkəran- Astarada və Qazax-Tovuz 2-4 hPa, Şəki-Zaqatalada 3-5 hPa, Qarabağ və Mil-Muğanda 4 hPa, Maştağa və Quba-Xaçmaz 3 hPa, Mərkəzi Aran və Naxçıvan HMS-da 4-5 hPa, Gəncədə 6 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 2 gün küləyin maksimum sürəti Şamaxıda 32 m/san, 4 gün küləyin maksimum sürəti Mərəzədə 30 m/san, 10 gün küləyin maksimum sürəti Goranbyda 28 m/san, 11 gün küləyin maksimum sürəti Bərdədə 25 m/san, 4 gün küləyin maksimum sürəti Tərtərdə 25 m/san, 1-2 gün küləyin maksimum sürəti Şəki-Zaqatalada 20-25 m/san, Qazax-Tovuzda 20-26 m/san, Mərkəzi Aranda 18-24 m/san, 1 gün küləyin maksimum sürəti Quba-Xaçmazda 16-22 m/san, Maştağada 6 gün küləyin maksimum sürəti 20 m/san, 4 gün Gəncədə küləyin maksimum sürəti 24 m/san qeydə alınmışdır.


Payızlıq dənli bitkilərdə Göycayda buğumköklərinin yaranması,Gəncə, Tovuz və Biləsuvarda kollanma, Şəki, Oğuz, Zaqatala, Qəbələ, Zərdab və Qubada buğumbağlama fenoloji mərhələləri qeydə alınmış, Sabirabad, Beyləqan, Cəfərxan və Yardımlıda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi davam etmişdir. Hava şəraiti aran rayonlarında kənd təsərrüfatı işləri və aqrotexniki tədbirlərin aparılması üçün əlverişli olmuşdur. Əksər aran və dağətəyi rayonlarda heyva, fındıq, qoz, alma, tut, gilas, armud ağaclarında tumurcuqların şişməsi və açılması, alça və ərikdə çiçəklənmə mərhələləri davam etmişdir. Lənkəran-Astara bölgəsində çay kollarında tumurcuqların, fındıqda isə 1-ci yarpağın açılması mərhələsi müşahidə edilmişdir. Gəncə, Tovuz, Cəfərxan, Şəki-Zaqatalada yonca bitkisində gövdənin böyüməsi və yan budaqların çıxması mərhələsi qeydə alınmışdır.