Respublikanın əksər bölgələrində fevral ayının birinci ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 2-6°C yüksək, yağıntısız və qeyri-sabit hava şəraiti müşahidə olunmuşdur.
Havanın dekadalıq orta temperaturu Maştağada 6.0ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 6-8⁰C, Lənkəran-Astara bölgəsində 7-10ºC, Quba- Xaçmazda 2-4ºC, Şəki-Zaqatalada 5-8⁰C, Dağlıq Şirvan bölgəsində 3-4ºC, Gəncə-Daşkəsəndə 0-8ºC, Qazax-Tovuzda 2-6⁰C, Qarabağ bölgəsində 8-9ºC və Naxçıvanda 2,5ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Acınohurda 2ºC, Astarada 1ºC, Maştağa və Lənkəranda 0ºC, Cəfərxan,Gəncə, Ceyrançöldə -2ºC, Göyçay, Zərdab, Şəki və Bərdə -3ºC,Qəbələdə -5 ºC, Şamaxı, İsmayıllıda -6ºC, Gədəbəydə -7⁰C, Daşkəsən, Quba və Naxçıvanda -8ºC, Mərəzədə - 10⁰Cqeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Maştağada -3⁰C, Qazax-Tovuz, Mərkəzi Aran və Mil-Muğan bölgəsində -4⁰C, Şəki-Zaqatala bölgəsində -6_-9⁰C, Gəncədə -7⁰C, Mərəzədə -11ºC, və Naxçıvanda -8ºC təşkil etmişdir.


Yağıntının dekadalıq miqdarı Quba-Xaçmazda 4-16 mm, Lənkəran-Astara bölgəsində Astarada 9 mm, Maştağa və Mərəzədə 2 mm qeydə alınmışdır. Naxçıvanda qar örtüyünün izi müşahidə edilmişdir.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 56-86%, Gəncə-Daşkəsəndə 36-87%, Qazax-Tovuz bölgəsində 58-75%, Qarabağda 56-61%, Naxçıvan 71%, Maştağada 80%, Lənkəran-Astara bölgəsində 46-66%, Mil-Muğanda 55-71%, Şəki-Zaqatalada 41-64%, Quba-Xaçmaz bölgəsində 74-85%, Mərkəzi Aranda 54-59% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan bölgəsində 1-4 hPa, Gəncə-Daşkəsəndə 1-8 hPa, Qazax-Tovuz bölgəsində 2-5 hPa, Qarabağda 5-6 hPa, Naxçıvan HMS-da , Maştağa və Quba-Xaçmaz bölgəsində 2 hPa, Lənkəran-Astarada 2-5 hPa, Şəki-Zaqatala bölgələrində 4-7 hPa, Mil-Muğan 2-5 hPa, Mərkəzi Aranda 5 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Goranboyda 2 gün, küləyin maksimum sürəti 32 m/san, Daşkəsən və Tərtərdə 3-4 gün, maksimal sürət 28 m/san, Bərdədə 1 gün, maksimal sürət 25 m/san, Zərdab və Tovuzda 1-2 gün, maksimal sürət 24 m/san, Mərəzə və Göyçayda 2-5 gün, maksimal sürət 22 m/san, Şəki və Gəncədə 1- 3 gün 20 m/san qeydə alınmışdır.


 Aran rayonlarında və bəzi dağətəyi ərazilərdə payızlıq dənli bitkilərdə Göyçay və Biləsuvarda 3-cü yarpağın çıxması, buğum köklərinin yaranması,Cəfərxanda kollanma, Sabirabadda isə arpa bitkisində gövdənin aşağı buğumunun yerdən çıxması fenoloji mərhələləri davam etmişdir. Şəki, Zaqatala, Oğuz və Qəbələdə bitkilərdə vegetasiyanın başlanması müşahidə edilmişdir. Bərdə, İmişli və Gəncədə əkin sahələrində, bağlarda kənd təsərrüfatı işləri və aqrotexniki işlər aparılmışdır.
 Zərdabda kollanma mərhələsində 1m2 sahəyə düşən bitkilərdə gövdələrin ümumi sayı 620 ədəd təşkil etmişdir.
Həmçinin meyvə bitkilərində Göyçayda heyva da tumurcuqların şişməsi, Lənkəranda fındıq bitkisində çiçəklənmə fenoloji mərhələləri müşahidə edilmişdir.

Respublikanın əksər bölgələrində fevral ayının ikinci ongünlüyü havanın orta temperaturu çoxillik iqlim normasından 2-3°C yüksək və az yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 6,8ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 6-7⁰C, Lənkəran-Astara bölgəsində 4-7ºC, Quba- Xaçmazda 2-5ºC, Şəki-Zaqatalada 4-6⁰C, Dağlıq Şirvan bölgəsində 2-3ºC, Gəncə-Daşkəsəndə -1,2_7ºC, Qazax-Tovuzda 1-6⁰C, Qarabağ bölgəsində 6-7ºC və Naxçıvanda 3,4ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Astara və Maştağada 3ºC, Göyçay, Bərdə və Acınohurda 2ºC, Cəfərxan, Gəncə 0ºC, Zərdab, Lənkəran, Zaqatala və Qəbələdə -1ºC, Tovuz və Qubada -2ºC Şəki, Ceyrançöl və Dağlıq Şirvanda -3ºC , Naxçıvanda -4ºC, Daşkəsən və Gədəbəydə -7_-8⁰C qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Göyçayda 1ºC, Maştağada -1,7ºC, Cəfərxanda -2ºC, Zaqatala və Ceyrançöldə -3ºC, Şəki və Mərəzədə -4ºC, Gəncə və Naxçıvanda -6ºC, Tovuzda -8⁰C qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Lənkəran-Astara bölgəsində 33-42 mm, Şəki-Zaqatalada 5-9 mm, Mil-Muğan bölgəsində 8-12 mm, Bərdə, Daşkəsəndə 11 mm, Dağlıq Şirvanda 8-12 mm qeydə alınmışdır. Naxçıvanda qar örtüyünün izi müşahidə edilmişdir.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 82-85%, Gəncə-Daşkəsəndə 64-93%, Qazax-Tovuz bölgəsində 59-82%, Qarabağda 73-74%, Naxçıvan və Maştağada 77%, Lənkəran-Astara bölgəsində 80-88%, Mil-Muğanda 73-82%, Şəki-Zaqatalada 63-76%, Quba-Xaçmaz bölgəsində 79-80%, Mərkəzi Aranda 78-81% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində 1-2 hPa, Gəncə-Daşkəsən və Qazax-Tovuz bölgəsində 1-4 hPa, Qarabağda 4 hPa, Naxçıvan HMS-da 3 hPa , Maştağa və Quba-Xaçmaz bölgəsində 2 hPa, Şəki-Zaqatala bölgələrində 2-4 hPa, Mil-Muğan və Mərkəzi Aran bölgələrində 2-3 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Tərtərdə 1 gün, küləyin maksimum sürəti 26 m/san, Balakəndə 24 m/san, Beyləqanda 23 m/san, Xaçmazda 22 m/san, Gəncə, Daşkəsən, Tovuz və Şəkidə 1-2 gün, maksimal sürət 20 m/san, Goranboy, Mərəzə, Zaqatala və Maştağada 1-3 gün 18 m/san qeydə alınmışdır.


 Ayın ikinci ongünlüyündə əksər aran rayonlarında və bəzi dağətəyi ərazilərdə payızlıq dənli bitkilərdə buğum köklərinin yaranması, kollanma, Sabirabadda isə arpa bitkisində gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələləri davam etmişdir. Kollanma mərhələsində bitkilərdə kollanma dərəcəsi Tərtərdə 3,5%, Goranboyda 4,3%, Yardımlıda 1,5% təşkil etmişdir. Göyçayda alça, heyva ağaclarında, Lənkəran və Yardımlıda fındıq kollarında tumurcuqların şişməsi fenoloji mərhələsi müşahidə edilmişdir.

Respublikanın əksər bölgələrində fevral ayının üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 4-5°C yüksək olması və az yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 8,8ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 8-10⁰C, Lənkəran-Astara bölgəsində 9-10ºC, Quba- Xaçmazda 6-7ºC, Şəki-Zaqatalada 7-9⁰C, Dağlıq Şirvan bölgəsində 1-6ºC, Gəncə-Daşkəsəndə 4-9ºC, Qazax-Tovuzda 5-8⁰C, Qarabağ bölgəsində 9ºC , Naxçıvanda 7,8ºC təşkil etmişdir.
Havanın minimum temperaturu Astara və Acınohurda 5ºC, Maştağa, Cəfərxan, Gəncədə 3ºC , Bərdə, Lənkəran, Zaqatala , Qəbələ, Tovuz, Ceyrançöl, Göyçayda 2ºC Şəki, Zərdab , Şamaxıda 1ºC , Mərəzə, Naxçıvan, Daşkəsən və Gədəbəydə -1⁰C, Quba və İsmayıllıda -2ºC qeydə alınmışdır.
Torpaq səthinin minimum temperaturu Ceyrançöl və Göyçayda 1ºC, Maştağada 0ºC, Cəfərxanda -0,2ºC, Tovuzda -1⁰C, Zaqatala , Gəncə və Mərəzədə -2ºC, Naxçıvan və Şəkidə -4ºC qeydə alınmışdır.


Yağıntının dekadalıq miqdarı Quba-Xaçmazda 7-11 mm, Lənkəran-Astara , Mərkəzi Aran bölgələrində 2-3 mm, Balakəndə 3 mm qeydə alınmışdır.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 78-82%, Gəncə-Daşkəsəndə 69-91%, Qazax-Tovuz bölgəsində 52-72%, Qarabağda 75-79%, Naxçıvanda 64%, Maştağa və Sabirabadda 81%, Lənkəran-Astara bölgəsində 66-86%, Mil-Muğanda 75-82%, Şəki-Zaqatalada 68-77%, Quba-Xaçmaz bölgəsində 76-84%, Mərkəzi Aranda 79-80% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan, Zərdab, Maştağa və Beyləqanda 2 hPa, Lənkəran-Astara bölgəsində 2-3 hPa, Gəncə-Daşkəsən bölgəsində 1-4 hPa, Qarabağda 3 hPa, Quba-Xaçmazda 2-3 hPa , Şəki-Zaqatala bölgəsində 3-4 hPa, Naxçıvan HMS-da 5 hPa, Qazax-Tovuz bölgəsində 3-6 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 1 gün Mərəzədə küləyin maksimum sürəti 22 m/san, Maştağada 19 m/san, Tovuzda 18 m/san, Yardımlıda 16 m/san, Ceyrançöl və Qubada 15 m/san, 2 gün Tərtərdə 16 m/san, 3 gün Goranboyda 20 m/san qeydə alınmışdır.


 Ayın üçünçü ongünlüyündə əksər aran rayonlarında və bəzi dağətəyi ərazilərdə payızlıq dənli bitkilərdə buğum köklərinin yaranması, kollanma, Sabirabadda isə arpa bitkisində gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələləri davam etmişdir. Kollanma mərhələsində bitkilərdə kollanma dərəcəsi Tərtərdə 3,5%, Goranboyda 4,3%, Yardımlıda 1,5% təşkil etmişdir. Yardımlıda fındıq, alma,Göyçayda alça, heyva, tut ağaclarında tumurcuqların şişməsi, Lənkəranda üzüm kollarında birinci yarpağın açılması mərhələsi, çay kollarının formalaşması müşahidə edilmişdir.