Respublikanın əksər bölgələrində yanvar ayının birinci ongünlüyü əsasən yağıntısız hava şəraiti və temperaturun çoxillik iqlim normasından 2-3°C yüksək olması ilə səciyyələnmişdir.
  Maştağa aqrometeoroloji stansiyasının məlumatlarına əsasən havanın dekadalıq orta temperaturu 7.6°C qeydə alınmış və çoxillik iqlim normasından 3°C yüksək olmuşdur. Havanın minimum temperaturu 3°C, torpaq səthinin minimum temperaturu -0.1°C təşkil etmişdir. Havanın orta nisbi rütubəti 78%, rütubət çatışmazlığı 3 hPa, yağıntının dekadalıq miqdarı 2 mm müşahidə edilmişdir. Küləyin sürəti 15 m/san-dən yüksək olan günlərin sayı 2 gün maksimum sürəti 20 m/san qeydə alınmışdır.
   Lənkəran – Astara bölgəsində havanın dekadalıq orta temperaturu 6-8 ºC təşkil etmiş,bu da çoxillik iqlim normasından 2-3 ºC yüksək olmuşdur. Havanın minimum temperaturu Lənkəranda -3ºC, Astarada 2ºC, orta nisbi rütubəti 57-80%, rütubət çatışmazlığı 2-5 hPa arasında dəyişmişdir. Dekada ərzində 5 mm yağıntı müşahidə edilmiş, küləyin maksimum sürəti 1 gün Biləsuvarda 16 m/san qeydə alınmışdır.
  Quba - Xaçmaz bölgəsində havanın dekadalıq orta temperaturu 4-5 °C təşkil etmiş, bu da çoxillik iqlim normasından 2-4 °C yüksəkdir . Havanın minimum temperaturu Qubada -3ºC, orta nisbi rütubəti 76-84%, rütubət çatışmazlığı 1-2 hPa arasında dəyişmişdir. Dekada ərzində ən çox yağıntı Qubada 12 mm müşahidə edilmiş, küləyin maksimum sürəti 10 m/san qeydə alınmışdır.
  Mərkəzi Aran bölgəsində havanın dekadalıq orta temperaturu çoxillik iqlim normasından 2-3°C yüksək olmuş, 5-6⁰C qeydə alınmışdır. Havanın minimum temperaturu Göyçayda -4⁰C, Zərdabda -3⁰C, torpaq səthinin minimum temperaturu 2-3⁰C müşahidə edilmişdir. Havanın orta nisbi rütubəti 72-80 %, orta rütubət çatışmazlığı 2-3 hPa arasında dəyişmiş,küləyin maksimum sürəti Göyçayda 1 gün 20 m/san- qeydə alınmışdır.
  Mil-Muğan bölgəsində havanın dekadalıq orta temperaturu çoxillik iqlim normasından 2-3⁰C yüksək olmuş, 5-6⁰C qeydə alınmışdır. Havanın minimum temperaturu Cəfərxanda -4⁰C, torpaq səthinin minimum temperaturu -5⁰C müşahidə edilmiş, havanın orta nisbi rütubəti 68-81 %, orta rütubət çatışmazlığı 2-3 hPa arasında dəyişmişdir. Dekada ərzində küləyin maksimum sürəti 10-12 m/san qeydə alınmışdır.
  Şəki-Zaqatala bölgəsində havanın orta temperaturu çoxillik iqlim normasından 4⁰C yüksək olmuş və 4-6⁰C təşkil etmişdir. Havanın minimum temperaturu -2 - 0˚C, torpaq səthinin minimum temperaturu Şəki və Zaqatalada -4(-5)⁰C , havanın orta nisbi rütubəti 57-68%, orta rütubət çatışmazlığı 3-4 hPa arasında dəyişmişdir. Küləyin sürəti 15 m/san-dən yüksək olan günlərin sayı 5 gün, maksimum küləyin sürəti Şəkidə 25 m/san qeydə alınmışdır.
  Dağlıq Şirvan bölgəsində havanın dekadalıq orta temperaturu 3°C təşkil etmiş, bu da çoxillik iqlim normasından 2-3 °C yüksək olmuşdur. Havanın minimum temperaturu Mərəzədə -3°C, Şamaxıda -2°C qeydə alınmışdır. Havanın orta nisbi rütubəti 68-74%, orta rütubət çatışmazlığı 2-3 hPa arasında dəyişmiş, küləyin sürəti 15 m/san-dən yüksək olan günlərin sayı 1-4 gün, maksimum sürəti Mərəzədə 20 m/san, Şamaxıda 18 m/san müşahidə edilmişdir.
  Gəncə-Daşkəsən bölgəsində havanın dekadalıq orta temperaturu çoxillik iqlim normasından 3-4⁰C yüksək olmuş 3-7 °C təşkil etmişdir. Havanın minimum temperaturu Daşkəsəndə -7⁰C, Gəncədə -1⁰C, torpaq səthinin minimum temperaturu Gəncədə -7⁰C təşkil etmiş, havanın orta nisbi rütubəti 53-83%, orta rütubət çatışmazlığı 1-5 hPa arasında dəyişmişdir. Küləyin sürəti 15 m/san-dən yüksək olan günlərin sayı 1-6 gün, maksimum küləyin sürəti Goranboyda 32 m/san, Daşkəsən və Gəncədə 20 m/san qeydə alınmışdır.
   Qazax-Tovuz bölgəsində havanın dekadalıq orta temperaturu 2-5 ⁰C qeydə alınmış, bu da çoxillik iqlim normasından 2-3 ⁰C yüksək olmuşdur. Havanın minimum temperaturu -2(-6)⁰C, torpağın səthinin minimum temperaturu -4(-8) təşkil etmiş, havanın orta nisbi rütubəti 57-72%, orta rütubət çatışmazlığı 2-4 hPa arasında dəyişmişdir. Küləyin sürəti 15 m/san-dən yüksək olan günlərin sayı Gədəbəydə 2 gün, maksimum küləyin sürəti 18 m/san qeydə alınmışdır.
   Qarabağ bölgəsində havanın dekadalıq orta temperaturu 6-7°C təşkil etmiş, bu da çoxillik iqlim normasından 2-3 °C yüksək olmuşdur. Havanın minimum temperaturu Bərdədə -2°C, havanın orta nisbi rütubəti 65-73%, orta rütubət çatışmazlığı 3-4 hPa müşahidə edilmişdir. Küləyin sürəti 15 m/san-dən yüksək olan günlərin sayı 1-2 gün, maksimum küləyin sürəti Tərtərdə 25 m/san, Bərdədə 20 m/san qeydə alınmışdır.
   Naxçıvan HMS-nın məlumatlarına əsasən havanın dekadalıq orta temperaturu -1.5 °C qeydə alınmış və çoxillik iqlim normasına yaxın olmuşdur. Havanın minimum temperaturu -10°C, torpaq səthinin minimum temperaturu -12°C təşkil etmiş, havanın orta nisbi rütubəti 70%, rütubət çatışmazlığı 2 hPa qeydə alınmışdır.
    Payızlıq dənli bitkilər- Əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə 3-cü yarpağın çıxması, Goranboy, Şəki, Ucar, Qaraçalada kollanma fenoloji mərhələləri davam etmiş, Sabirabadda buğumbağlama mərhələsi qeydə alınmışdır. Şəkidə bitkilərin zərərvericilər tərəfindən zədələnməsi və təzə göyərtilərin böyüməsinin zəifləməsi müşahidə edilmişdir. Sabirabad, Qarçala və Ucarda kollanma mərhələsində 1m2 sahəyə düşən bitkilərdə gövdələrin ümumi sayı 611-988 ədəd, kollanma dərəcəsi 2.1-2.2%, bitkilərin hündürlüyü 18-21 sm təşkil etmişdir.

Respublikanın əksər bölgələrində yanvar ayının ikinci ongünlüyü temperaturun çoxillik iqlim normasından 1-2°C yüksək, yağıntılı və qeyri-sabit hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 5.3°C, Mərkəzi Aran, Mil-Muğan bölgələrində 4⁰C, Lənkəran-Astara bölgəsində 3-6ºC, Quba-Xaçmazda -0.4-3°C, Şəki- Zaqatalada 0-3⁰C, Dağlıq Şirvan bölgəsində 0°C, Gəncə-Daşkəsəndə -2-4°C, Qazax-Tovuzda -3-2⁰C, Qarabağ bölgəsində 4-5°C və Naxçıvanda -2.8°C təşkil etmişdir.
Havanın minimum temperaturu Gəncə, Zaqatalada -3˚C, Cəfərxan, Qazax, Zərdab, Göyçayda - 4⁰C, Şamaxı,Göytəpə, Şəki, Acınohurda -5ºC ,Tovuz və Qəbələdə -6⁰C, Ceyrançöldə -8⁰C, Daşkəsən, Quba,İsmayıllı, Mərəzədə - 9˚C, Gədəbəydə -13⁰C, Naxçıvanda -12°C qeydə alınmışdır,
Torpaq səthinin minimum temperaturu Maştağada -2⁰C, Mərkəzi Aran bölgəsində -5⁰C, Mil-Muğan bölgəsində -7⁰C, Şəki-Zaqatala bölgəsində -7_-9⁰C, Gəncə-Daşkəsən bölgəsində Gəncədə -9⁰C, Qazax-Tovuz bölgəsində -11°C, Dağlıq Şirvan bölgəsində Mərəzədə -8°C və Naxçıvanda -15°C təşkil etmişdir.


Yağıntının dekadalıq miqdarı Maştağada 23 mm, Lənkəran-Astara bölgəsində 32-63 mm, Daşkəsəndə 11 mm, Gədəbəydə 13 mm, Quba-Xaçmazda 11-23 mm, Mərkəzi Aranda 14-17 mm, Mil-Muğanda 9-15 mm, Dağlıq Şirvan bölgəsində 21-25 mm, Şəki-Zaqatalada 18-26 mm, Naxçıvanda 19 mm qeydə alınmışdır.Bəzi ərazilərdə yağıntılar qar şəklində düşmüş, qar örtüyünün hündürlüyü Quba və Yardımlıda 20 sm, Naxçıvanda 11 sm,Şəki-Zaqatala bölgəsində 4-5 sm, Cəfərxanda 3 sm,Göytəpədə 2 sm müşahidə edilmişdir.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 78-87%, Gəncə-Daşkəsəndə 49-88%, Qazax-Tovuz bölgəsində 64-79%, Qarabağda 63-68%, Naxçıvanda 83%, Maştağada 76%, Lənkəran-Astara bölgəsində 75-81%, Mil-Muğanda 73-84%, Şəki-Zaqatalada 59-75%, Quba-Xaçmaz bölgəsində 83-87%, Mərkəzi Aranda 70-74% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan bölgəsində 1-2 hPa, Gəncə-Daşkəsəndə1-4 hPa, Qazax-Tovuz bölgəsində 1-3 hPa, Qarabağda 3-4 hPa, Naxçıvan HMS-da 1 hPa, Maştağada 2 hPa, Lənkəran-Astara bölgəsində 2-3 hPa, Mil-Muğanda 2-3 hPa, Şəki-Zaqatalada 2-4 hPa , Quba-Xaçmaz 1-2 hPa, Mərkəzi Aranda 3 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Maştağada 5 gün küləyin maksimum sürəti 33 m/san,Qubada 1 gün, 32 m/san Qəbələdə 2 gün, 24 m/san, Göyçayda 3 gün, 21 m/san, Şəkidə 4 gün, 20 m/san, Mərəzədə 3 gün, 22 m/san, Şamaxıda 1 gün, 20 m/san, Goranboyda 6 gün, 28 m/san, Daşkəsəndə 4 gün, 28 m/san, Gəncədə 3 gün, 20 m/san, Gədəbəydə 4 gün, 16 m/san, Tərtərdə 5 gün, 28 m/san, Bərdədə 3 gün, 25 m/san,Sabirabad və Cəfərxanda 1 gün,17 m/san qeydə alınmışdır.

Aran rayonlarında və bəzi dağətəyi ərazilərdə payızlıq dənli bitkilərdə 3-cü yarpağın çıxması, buğum köklərinin yaranması, buğumbağlama, Cəfərxan,Tərtər, Qaraçalada, kollanma fenoloji mərhələləri davam etmiş, Şəki, Zaqatala,Oğuz, Qəbələ,Göyçay, Mərəzədə vegetasiyanın dayanması müşahidə edilmişdir. Sabirabad, Qaraçala və Ucarda kollanma mərhələsində 1m2 sahəyə düşən bitkilərdə gövdələrin ümumi sayı 611-988 ədəd, kollanma dərəcəsi 2,1-2,2%, bitkilərin hündürlüyü 18-21 sm təşkil etmişdir.



Respublikanın əksər bölgələrində yanvar ayının üçüncü ongünlüyü temperaturun çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə 1-2°C yüksək və az yağıntılı hava şəraiti ilə səciyyələnmişdir.
Havanın dekadalıq orta temperaturu Maştağada 5,1°C, Mərkəzi Aran, Mil-Muğan bölgələrində 3-4⁰C, Lənkəran-Astara bölgəsində 3-7ºC, Quba-Xaçmazda -0.4-3°C, Şəki-Zaqatalada 2-6⁰C, Dağlıq Şirvan bölgəsində -0,4_-0,5°C, Gəncə-Daşkəsəndə -2-4°C, Qazax-Tovuzda -2-3⁰C, Qarabağ bölgəsində 4-5°C və Naxçıvanda -4,5°C təşkil etmişdir.
Havanın minimum temperaturu Maştağada -1˚C, Gəncə,Bərdə, Zaqatalada -4˚C, Cəfərxan, Tovuz, Ceyrançöl, Göyçay, Qazax, Şəki, Lənkəranda - 5⁰C, Şamaxı, Zərdab, Göytəpədə -6ºC, Quba, Mərəzədə - 8˚C Daşkəsən ,Gədəbəydə -9⁰C, İsmayıllıda -13°C, Naxçıvanda -15°C qeydə alınmışdır,
Torpaq səthinin minimum temperaturu Maştağada -3⁰C, Mərkəzi Aran bölgəsində -5⁰C, Mil-Muğan bölgəsində -10⁰C, Şəki-Zaqatala bölgəsində -8_-9⁰C, Gəncə-Daşkəsən bölgəsində Gəncədə -8⁰C, Qazax-Tovuz bölgəsində -8_-10°C, Dağlıq Şirvan bölgəsində Mərəzədə -9°C və Naxçıvanda -20°C təşkil etmişdir.


Yağıntının dekadalıq miqdarı Maştağada 12 mm, Lənkəran-Astara bölgəsində 8-15 mm, Mil-Muğanda 4-5 mm qeydə alınmışdır.Naxçıvanda qar örtüyünün hündürlüyü 2 sm müşahidə edilmişdir.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 74-75%, Gəncə-Daşkəsəndə 44-86%, Qazax-Tovuz bölgəsində 65-79%, Qarabağda 63-71%, Naxçıvan və Maştağada 78%, Lənkəran-Astara bölgəsində 57-82%, Mil-Muğanda 63-83%, Şəki-Zaqatalada 57-72%, Quba-Xaçmaz bölgəsində 77-81%, Mərkəzi Aranda 68-76% təşkil etmişdir.
Rütubət çatışmazlığı Dağlıq Şirvan bölgəsində 1-2 hPa, Gəncə-Daşkəsəndə1-5 hPa, Qazax-Tovuz bölgəsində 1-3 hPa, Qarabağda 3-4 hPa, Naxçıvan HMS-da 1 hPa, Maştağa və Quba-Xaçmaz bölgəsində 2 hPa, Lənkəran-Astara və Şəki-Zaqatala bölgələrində 2-4 hPa, Mil-Muğan və Mərkəzi Aranda 2-3 hPa olmuşdur.


Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Maştağada 3 gün küləyin maksimum sürəti 22 m/san, Mərəzədə 3 gün, 22 m/san, Goranboyda 4 gün, 18 m/san, Daşkəsəndə 2 gün, 20 m/san, Gədəbəydə 1 gün, 15 m/san, Tərtərdə 2 gün, 28 m/san, Tovuzda 1 gün, 16 m/san, qeydə alınmışdır.


Aran rayonlarında və bəzi dağətəyi ərazilərdə payızlıq dənli bitkilərdə 3-cü yarpağın çıxması, buğum köklərinin yaranması, buğum bağlama, Cəfərxan, Tərtər, Goranboy, Zərdab, Sabirabadda isə kollanma fenoloji mərhələləri davam etmişdir. Orta temperaturların aşağı düşməsi fonunda Şəki, Zaqatala, Oğuz və Mərəzədə bitkilərdə vegetasiyanın dayanması müşahidə edilmişdir.
Tərtər, Goranboy və Sabirabadda kollanma mərhələsində 1m2 sahəyə düşən bitkilərdə gövdələrin ümumi sayı 442-985 ədəd, kollanma dərəcəsi Goranboyda 2.9%, Sabirabadda 2.2%, Tərtərdə 3.2% təşkil etmişdir.