Respublikanın əksər bölgələrində oktyabr ayının birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 3-5ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 5-10ºC yüksək olması ilə səciyyələnib.
 Havanın dekadalıq orta temperaturu Maştağada 21,3ºC, Naxçıvanda 21ºC, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 21-22ºC, Gəncə-Goranboy və Şəki-Zaqatalada 20-21ºC, Dağlıq Şirvan bölgəsində və Qubada 17-18ºC, Lənkəran-Astarada 18-22 ºC, Tovuz-Qazaxda 15-21ºC təşkil etmişdir.


 Havanın minimum temperaturu Gədəbəydə 8ºC, Naxçıvan və İsmayıllıda 10ºC, Quba və Ceyrançöldə 12ºC, Cəfərxan və Şamaxıda 13ºC, Tovuz, Bərdə və Şəkidə 14ºC, Lənkəran, Gəncə, Zərdab və Zaqatalada 15ºC, Göyçayda 16ºC, Maştağada 17ºC qeydə alınmışdır.
 Torpaq səthinin minimum temperaturu Ceyrançöl və Naxçıvanda 8ºC, Gəncə və Tovuzda 12ºC, Şəki və Cəfərxanda 13ºC, Göyçayda 15ºC qeydə alınmışdır.
 Yağıntının dekadalıq miqdarı Lənkəranda 48 mm, Yardımlıda 19 mm, Qubada 13 mm, Balakən və Gədəbəydə 6 mm qeydə alınmışdır.


 Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 74-75%, Gəncədə 72%, Qazax-Tovuz bölgəsində 53-71%, Lənkəran-Astara bölgəsində 74-87%, Mil-Muğanda 69-74%, Şəki-Zaqatalada 62-67%, Qubada 75%,  Mərkəzi Aranda 72-74%, Maştağada 77%, Qarabağda 67-70% təşkil etmişdir.
 Rütubət çatışmazlığı Gəncədə 7 hPa, Lənkəran və Astarada 4-8 hPa, Şəki-Zaqatala və Bərdə-Tərtərdə 9 hPa, Dağlıq Şirvanda 8-10 hPa, Maştağa və Qubada 6 hPa, Mərkəzi Aran və Mil-Muğanda 8-10 hPa, Qazax-Tovuzda 8-12 hPaolmuşdur.
 Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 4 gün Goranboyda maksimum sürət 22 m/san, 1 gün Tərtər və Gəncədə maksimum sürət 18 m/san, Naxçıvanda 16 m/san, Şəkidə 15 m/san müşahidə edilmişdir.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Əksər aran rayonlarında dekada ərzində pambıq xammalının 1-ci, Bərdədə isə 4-cü yığımı qeydə alınmış, bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 14-18 ədəd, yetişmiş və yığılmış qozaların orta sayı 13-16 ədəd təşkil etmişdir. Müşahidə sahəsində pambıq bitkisində yığım qabağı defoliant maddələrlə yarpaqların tökülməsinin tezləşdirilməsi üçün dərmanlama, Tovuz, Gəncə, Sabirabad, İmişli, Quba, Tərtərdə isə payızlıq dənli bitkilər əkiləçək sahələrin səpinqabağı şumlanması kimi kənd təsərrüfatı işləri qeydə alınmışdır.Əksər aran və dağətəyi rayonlarda, qoz, alma, armud kimi ağaclarda meyvələrin yığımı davam etmiş, Göyçay və Gəncədə xurma bitkisində meyvələrin yetişməsi, Göyçayda nar, Qubada isə heyva bitkilərində məhsul yığımı müşahidə edilmişdir. Zaqatalada çay kollarında yarpaqların 5-ci yığımı qeydə alınmış, Balakən və Zaqatalada tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yığımı davam etmişdir.

 Respublikanın əksər bölgələrində oktyabr ayının ikinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 2-3ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1ºC yüksək olması ilə səciyyələnib.
  Havanın dekadalıq orta temperaturu Maştağada 18,3ºC, Naxçıvanda 16,2ºC, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 17-19ºC, Gəncə-Goranboyda 16-18ºC, Şəki-Zaqatalada 15-19ºC, Dağlıq Şirvan bölgəsində və Qubada 13-15ºC, Lənkəran-Astarada 14-19 ºC, Tovuz-Qazaxda 10-16ºC qeydə alınıb.

  Havanın minimum temperaturu Gədəbəydə 4ºC, Qubada 6ºC, İsmayıllıda 7ºC, Tovuz, Ceyrançöl və Şamaxıda 9ºC, Gəncə, Zərdab və Zaqatalada 10ºC, Cəfərxan, Şəki və Maştağada 11ºC, Bərdə, Lənkəran və Göyçayda 13ºC müşahidə edilib.
  Torpaq səthinin minimum temperaturu Tovuzda 5ºC, Ceyrançöl, Gəncə və Naxçıvanda 6ºC, Zaqatalada 7ºC, Şəkidə 9ºC, Cəfərxanda 10ºC, Göyçayda 15ºC təşkil edib.
 Torpağın 10sm dərinliyində orta temperaturu Qubada 15ºC, İsmayıllıda 16 ºC, Şamaxıda 17ºC, Tovuzda 18ºC, Bərdə-Tərtər,Lənkəran-Astara,Gəncə və Oğuzda 20ºC, Mil-Muğanda 21-24 ºC, Mərkəzi Aranda 22-23 ºC müşahidə edilib.
  Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 53-87 mm, Lənkəranda 68 mm, Yardımlıda 38 mm, İsmayıllıda 26 mm, Göyçayda 15 mm, Qazax-Tovuz bölgəsində 7-14 mm, Şamaxıda 10 mm, Maştağada 7 mm qeydə alınıb.


  Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 72-81%, Gəncədə 77%, Qazax-Tovuz bölgəsində 52-80%, Lənkəran-Astara bölgəsində 78-90%, Mil-Muğanda 72-78%, Şəki-Zaqatalada 77-81%, Qubada 85%, Mərkəzi Aran və Bərdə-Tərtərdə 76-78%, Maştağada 80% təşkil edib.
  Rütubət çatışmazlığı Gəncə və Maştağada 5 hPa, Lənkəran- Astarada 2-5 hPa, Şəki-Zaqatalada 4-5 hPa, Bərdə-Tərtər, Mərkəzi Aran və Mil-Muğanda 5-6 hPa, Dağlıq Şirvanda 3-6 hPa, Qubada 2 hPa, Qazax-Tovuzda 3-8 hPa olub.
  Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 3 gün Goranboyda maksimum sürət 20 m/san, 2 gün Bərdədə maksimum sürət 20 m/san, 1gün maksimum sürət Maştağada 18 m/san, Tərtər,Gədəbəy və Naxçıvanda 16 m/san, Şəkidə 15 m/san müşahidə edilib.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Aran rayonlarında dekada ərzində sahələrdə pambıq xammalının yığımı davam edib, bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 17-18 ədəd, yetişmiş və yığılmış qozaların orta sayı 12-17 ədəd təşkil edib. Müşahidə sahəsində pambıq bitkisində yığım qabağı defoliant maddələrlə yarpaqların tökülməsinin tezləşdirilməsi üçün dərmanlama, Goranboyda quraq qozaların yığımı, Oğuz və Beyləqanda payızlıq dənli bitkilər əkiləçək sahələrin səpin qabağı şumlanması, Şamaxı və Yardımlıda isə səpin kimi kənd təsərrüfatı işləri qeydə alınıb. Lənkəran-Astara bölgəsində feyxoa və naringi kimi sitrus meyvələrinin yetişməsi və yığımı, çay bitkisində yarpaqların 4-cü yığımı, Zaqtalada qönçələnmə mərhələləri qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda nar, heyva, xurma kimi ağaclarda meyvələrin yetişməsi və yığımı müşahidə edilib. Cəfərxanda yonca bitkisində 5-ci biçindən sonra otların boyatması, Gəncədə yaşıl kütlənin 4-cü biçini qeydə alınıb.

 Respublikanın əksər bölgələrində oktyabr ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 1-2ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3ºC yüksək olması ilə səciyyələnib.
 Havanın dekadalıq orta temperaturu Maştağada 15,6ºC, Naxçıvanda 12ºC, Qarabağ bölgəsi və Mərkəzi Aranda 15ºC, Mil-Muğanda 14-15 ºC, Gəncə-Goranboyda 14-16ºC, Şəki-Zaqatala və Dağlıq Şirvan bölgəsində 12-14ºC, Qubada 10ºC, Lənkəran-Astarada 12-15 ºC, Tovuz-Qazaxda 8-13ºC qeydə alınıb.


 Havanın minimum temperaturu Gədəbəydə 0ºC, Quba, Tovuz, Ceyrançöl və İsmayıllıda 5ºC, Cəfərxan, Şamaxı, Gəncə və Şəkidə 6ºC, Zərdab və Zaqatalada 7ºC, Lənkəran və Göyçayda 8ºC, Bərdədə 9ºC, Acınohur və Maştağada 10ºC müşahidə edilib.
 Torpaq səthinin minimum temperaturu Naxçıvanda 1ºC, Tovuz və Şəkidə 2ºC, Ceyrançöl və Gəncədə 3ºC , Cəfərxanda 5ºC, Göyçayda 6ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu İsmayıllıda 12ºC, Quba və Şamaxıda 13ºC, Şəkidə 14ºC, Naxçıvan, Oğuz və Tovuzda 15ºC, İmişli və Lənkəranda 16ºC, Bərdə-Tərtər, Cəfərxan və Gəncədə 17ºC, Göyçay, Sabirabad və Beyləqanda 18ºC, Zərdabda 20 ºC müşahidə edilib.
 Yağıntının dekadalıq miqdarı Lənkəran-Astarada 40-90 mm, Qubada 29 mm, Şamaxıda 16 mm, Sabirabad və Cəfərxanda 15 mm, Naxçıvanda 14 mm, Gədəbəy və İsmayıllıda 11 mm qeydə alınıb.


 Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 67-85%, Gəncədə 65%, Qazax-Tovuz bölgəsində 54-72%, Lənkəran-Astara bölgəsində 80-90%, Mil-Muğanda 68-84%, Şəki-Zaqatalada 65-79%, Qubada 83%, Mərkəzi Aranda 70-74%, Bərdə-Tərtərdə 65-75%, Maştağada 82% təşkil edib. Dekada ərzində havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərin sayı Zaqatala, Oğuz və Naxçıvanda 1 gün qeydə alınıb.
 Rütubət çatışmazlığı Maştağada 4 hPa, Quba və Lənkəran-Astarada 2-3 hPa, Şəki-Zaqatala və Mərkəzi Aranda 5-6 hPa, Bərdə-Tərtərdə 6-7 hPa, Mil-Muğanda 3-5 hPa, Dağlıq Şirvanda 4-5 hPa, Gəncədə 6 hPa, Qazax-Tovuzda 3-7 hPa olub.
 Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 5 gün Goranboyda, 2 gün Tərtərdə, 1 gün Bərdədə maksimum sürət 26 m/san, 1 gün Gəncə və Naxçıvanda 20 m/san, Maştağa, Zərdab, Sabirabad və Ceyrançöldə maksimum sürət 17 m/san, Gədəbəydə 16 m/san, Şəkidə 15 m/san müşahidə edilib.