Bəsitçay Bartaz yaylasından başlayaraq axarı boyunca Qixovuz, Kükrətaz, Sobusu çaylarını özünə birləşdirir. Öz mənbəyini Ermənistan ərazisindən götürür. Çayın uzunluğu 44 km–dir. Zəngilan rayonu ərazisinə daxil olduqdan sonra Araz çayına tökülür. Məntəqə üzərində hidroloji müşahidələr 1958-ci ildən 1989-cu ilə qədər aparılmışdı. Dövlət investisiya layihəsi hesabına avtomat stansiya 2022-ci ildə quraşdırılmışdır.
Çayın faktiki məlumatlarına aşağıdakı linkdə baxa bilərsiniz.
http://azhydromet.port-log.net:23000/live/History.php?Dataset=8&Site=23108&Chart=Time%20Series&Start=2023-01-11&Period=7