19 Aprel 2022, 13:55

Hava şəraitinin dəyişəcəyi haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Aprelin 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 33 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Aprelin 20-si axşamdan 22-si səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.