23 Mart 2022, 13:15
Gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi martın 25-dən 26-sı səhərədək arabir 15-20 m/s-dək güclənəcək.Azərbaycanın rayonlarında
Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.