14 Mart 2022, 12:15

Martın 15-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə və gündüz 2-7° isti olacaq. Bakıda gecə və gündüz 2-7° isti  olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767  mm civə sütununa enəcək.   Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.