03 Mart 2022, 14:50
Hava şəraitinin dəyişəcəyi haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Martın 04-ü gün ərzində arabir yağış yağacağı gözlənilir. Martın 04-də cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 05-də yenidən güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.Azərbaycanın rayonlarında
Martın 03-dən 04-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimşək çaxacağı, yağıntılı olacağı, 04-də bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, 05-də yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.
Əsasən Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı gözlənilir.