03 Mart 2022, 12:58
Martın 04-də gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir.
Axşam tədricən kəsiləcək. Gün ərzində qərb, şimal-qərb küləyi güclənəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 746 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.