03 Yanvar 2021, 15:00
Yanvarın 03-də gözlənilən hava şəraiti
Yanvarın 03-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Yanvarın 03-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.