30 Dekabr 2020, 15:00
Dekabrın 30-da gözlənilən hava şəraiti
Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.
Dekabrın 30-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.