30 Noyabr 2021, 16:57
Hava şəraitinin dəyişəcəyi haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən hava şəraitinin dəyişəcəyi gözlənilir.
Noyabrın 30-u gün ərzində 15-20 m/s, arabir 23-28 m/s əsən cənub-qərb küləyinin dekabrın 01-i gündüzdən 18-23 m/s, arabir 25-30 m/s-dək güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Güclü küləkli hava şəraiti dekabrın 02-si səhərədək davam edəcək. Dekabrın 01-i axşamdan 02-si səhərədək yağıntılı olacağı ehtimalı var.
Havanın temperaturu dekabrın 02-də tədricən 5-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən dekabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Külək: noyabrın 30-u gündüzdən dekabrın 02-i səhərədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 01-də ayrı-ayrı Kürvadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. 02-si gündüz külək mülayimləşəcək.
Yağıntı: Dekabrın 01-i gündüz şimal və qərb rayonlarından başlayaraq 02-si gündüzədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Temperatur: Havanın temperaturu 02-də tədricən 5-8° aşağı enəcək.
Yollar: Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimalı var.