Dumanlı hava şəraiti müşahidə olunur

03 Noyabr 2026, 12:48

Dumanlı hava şəraiti müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Buna səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

İl ərzində daha çox dumanlı hava şəraiti dekabr, yanvar, fevral, mart, aprel ayına təsadüf edir, amma maydan oktyabr ayına qədər isə müəyyən azalma qeydə alınsa da, noyabr ayından isə dumanlı günlərin sayı tədricən artmağa başlayır.