Havanın dəyişəcəyi haqqında Xəbərdarlıq

14 Noyabr 2021, 12:34

Havanın dəyişəcəyi haqqında Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında

 Noyabrın 16-da hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s,  yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağıntılı olacağı ehtimalı var.
Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.


Azərbaycanın rayonlarında

 Noyabrın 15-i axşam şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Qeyd: Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır.