Oktyabrın 3-ü saat 16:00-a olan faktiki hava

03 Oktyabr 2026, 16:55

Oktyabrın 3-ü saat 16:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 3-ü saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.

Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Quba, Qusar, Sarıbaş (Qax), Oğuz, Xaltan, Şabran, Xızı, Qəbələ, İsmayıllı, Qobustan, Zaqatala, Şamaxı, Şəki, Daşkəsən, Göygöl, Ağdam, Gəncə, Şəmkir, Tərtər, Tovuz, Goranboy, Yardımlı, Lerik, Lənkəran, Astara, Naxçıvan, Şərur, Ordubad, Şahbuz, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Mingəçevir, İmişli, Bərdə, Beyləqan, Neftçala, Zərdab, Naftalanda arabir yağış, Xınalıq, Qrız, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağır.