12 Sentyabr 2026, 12:21

Sentyabrın 13-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gcə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı cənub-şərq rayonlarında və dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.  

Havanın temperaturu gecə16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.