09 Sentyabr 2026, 18:00

Forum iştirakçıları Azərbaycanın iqlim texnologiyaları sahəsində təcrübəsi ilə tanış olublar

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində 9 sentyabr tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İqlim Texnologiyaları Mərkəzi və Şəbəkəsinin (CTCN) Şərqi Avropa üzrə Milli Əlaqələndirici Qurumlarının ilk forumunun iştirakçıları üçün Azərbaycanın iqlim texnologiyaları sahəsində qabaqcıl təcrübəsi ilə tanışlıq məqsədilə səfər təşkil edilib.

Forum iştirakçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzi və Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri Mərkəzində olublar.