08 Sentyabr 2026, 17:15
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində süni intellekt və erkən xəbərdarlıq sistemləri müzakirə edilib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışlar” mövzusunda yüksək səviyyəli panel iclası keçirilib.
Tədbirin açılışında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edib. Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Celeste Saulo tədbirə video müraciət ünvanlayıb.
Milli Məclisin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Türkiyə Respublikasının Meteorologiya Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilən paneldə süni intellektin erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının imkanları və üstünlükləri, eləcə də bu istiqamətdə mövcud çağırışlar diqqət mərkəzində olub. İnformasiya təhlükəsizliyi, məlumatların etibarlılığı və qərar qəbuletmə prosesində insan nəzarətinin təmin edilməsi, həmçinin müxtəlif təhlükələr üzrə erkən xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Haqqımızda