08 Sentyabr 2026, 16:30
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Daxili su hövzələrinin iqlim dayanıqlılığı: diqqət mərkəzində Xəzər dənizi” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirin açılışında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış ediblər.
BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS), BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat), Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun (IAIS, UWED), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə iqlim dəyişmələrinin Xəzər dənizinin su səviyyəsinə, sahilyanı ekosistemlərə, infrastruktura, nəqliyyat və iqtisadi fəaliyyətə təsirləri, mümkün risklər və uyğunlaşma tədbirləri diqqət mərkəzində olub.
Haqqımızda