Hava şəraitinin kəskin dəyişməsi haqqında ilkin xəbərdarlıq

08 Noyabr 2021, 17:05

Hava şəraitinin kəskin dəyişməsi haqqında ilkin xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Yağış: Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Külək: Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, noyabrın 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.

Temperatur: Havanın temperaturu ötən günlərlə müayisədə 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Yağıntı: Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Külək: Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.

Temperatur: Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müayisədə 5-10° aşağı enəcək.



Qeyd: Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır.