30 Avqust 2026, 10:40
Avqustun 30-u saat 10:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin avqustun 30-u saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Ağstafada 7, Daşkəsən, Gəncə, Tovuz, Şəmkir, Ceyrançöl, Zaqatala və Göyçayda 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfa, Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 17, Naftalan, Tərtər, Naxçıvanda isə 16 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.
Haqqımızda