Avqustun 28-i saat 15:30-a olan faktiki hava

28 Avqust 2026, 15:35

Avqustun 28-i saat 15:30-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin avqustun 28-i saat 15:30-a olan məlumatına əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10–12 mm olan dolu, rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02–15:16 radələrində diametri 15–20 mm olan dolu yağıb.