08 Noyabr 2021, 12:28

Noyabrın 09-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi əsəcək.  


Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 60-70% olacaq.
 
 
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.