Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

07 Avqust 2026, 16:13

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti avqustun 8-9-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.