XƏBƏRDARLIQ

29 İyul 2026, 13:47

XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.