13 İyul 2026, 16:54
XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.
Haqqımızda