26 Oktyabr 2021, 12:50
Oktyabrın 27-də gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
60-70 % olacaq.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta,
gündüz 0-5° isti olacaq.