24 Oktyabr 2021, 11:40

Oktyabrın 25-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütünundan 767 mm civə sutununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.


Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxta 3°-dək isti, gündüz 3-5° isti olacaq.