22 Oktyabr 2021, 15:40
XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir. Oktyabrın 26-27-si gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 26-da yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 25-i axşamdan 27-si axşamadək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.