01 İyun 2026, 15:55
XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-si səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Haqqımızda