Mayın 23-ü saat 11:00-a olan faktiki hava

23 May 2026, 11:42

Mayın 23-ü saat 11:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin mayın 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı: Biləsuvarda 62, İsmayıllıda 28, Göyçay, Oğuzda 25, Xızıda 24, Sabirabadda 15, Xaltanda 14, Şabran 13, Zaqatalada 12, Balakən, Lerik, Quba, Gədəbəydə 11, Qobustan, Göygöldə 10, Şəkidə 9, Kürdəmir, Şamaxıda 8, Tərtər, Mingəçevir, Qusar, Qaxda 7, Ağdam, Şahbuz, Gəncə, Daşkəsəndə 5, Şahdağ, Qəbələ, Zərdab, Naftalanda 4, Lənkəran, Astara, Neftçala, Tovuzda 3, Yardımlı, Beylaqan, Ceyrançöldə 2, Xaçmaz, Ordubad, Culfa, Şəmkir, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.