XƏBƏRDARLIQ

15 May 2026, 15:50

XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında mayın 18-i axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 16-sı axşam şərq rayonlarında yağıntının bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.