XƏBƏRDARLIQ

14 May 2026, 16:20

XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 15-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 18-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.