Aprelin 27-si saat 18:00-a olan faktiki hava

27 Aprel 2026, 18:05

Aprelin 27-si saat 18:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 18:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.

Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.