Aprelin 24-ü saat 16:00-a olan faktiki hava

24 Aprel 2026, 16:30

Aprelin 24-ü saat 16:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtər, Bərdədə 22, Mingəçevir, Gəncə, Ağstafada 20, Lerikdə 19, Ağdamda 18, Yardımlı, Şəki, Xızıda 15 m/s-dək güclənir.