Martın 27-si saat 22:00-a olan faktiki hava

27 Mart 2026, 22:14

Martın 27-si saat 22:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağan yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 %-ni təşkil edir.

Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.