Martın 27-si saat 20:00-a olan faktiki hava

27 Mart 2026, 20:13

Martın 27-si saat 20:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Dağlıq ərazilərə-Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağan yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.