23 Mart 2026, 11:30
23 mart – Ümumdünya Meteorologiya Günüdür
Hər il 23 mart tarixi dünyada Ümumdünya Meteorologiya Günü kimi qeyd olunur. Bu əlamətdar gün-ci il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yaradılmasını nəzərdə tutan Konvensiyanın qüvvəyə minməsi ilə bağlıdır. 1961-ci ildən etibarən isə bu gün beynəlxalq səviyyədə qeyd edilərək meteorologiya və hidrometeorologiya sahələrinin cəmiyyət üçün əhəmiyyətini diqqətə çatdırır.
2026-cı il üçün ÜMT tərəfindən müəyyən edilən şüar “Bu günü müşahidə edərək sabahı qoruyuruq” – meteoroloji müşahidələrin gələcəyimizin qorunmasındakı rolunu ön plana çıxarır. Bu yanaşma göstərir ki, bu gün toplanan dəqiq məlumatlar gələcəkdə insanların təhlükəsizliyinin təmin olunmasına, iqlim risklərinin azaldılmasına və dayanıqlı inkişafın gücləndirilməsinə xidmət edir.
Müasir dövrdə meteoroloji xidmətlər yalnız hava proqnozu ilə məhdudlaşmır. Hidrometeoroloji məlumatlar iqlim dəyişikliklərinin izlənməsi, təhlükəli təbiət hadisələri barədə erkən xəbərdarlıq sistemlərinin formalaşdırılması və müxtəlif sahələrdə strateji qərarların qəbulunda mühüm rol oynayır.
Haqqımızda