04 Oktyabr 2021, 12:49
Oktyabrın 05-də gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.