Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

25 Fevral 2026, 16:45

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti fevralın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daşkəsən, Goranboy, Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.