02 Oktyabr 2021, 11:45

Oktyabrın 03-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.