16 Fevral 2026, 12:30

Fevralın 17-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi  yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunudan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.