24 Dekabr 2025, 13:20

Dekabrın 25-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. 
 
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında
 havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.