23 Sentyabr 2021, 13:22
Gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 24-ü günün ikinci yarısında şimal-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. 25-i gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında
Sentyabrın 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.